Qəhvəni kim və ya nə “kəşf” etdi?

Müasir dünyada sevimli içki olmaqla yanaşı, eyni zamanda göstəriş halına gəlmiş qəhvəni insan deyil, keçi “kəşf” etdi.
IX əsrdə Efiopiyada keçilərini otaran çoban bir gün keçilərin hər zaman olduğundan daha dinamik olduğunu gördü. Yedikləri qırmızı toxumları keşişin yanına aparıb nə olduğunu soruşdu. Keşiş qəhvə toxumlarını “Şeytan bitkisi” adlandırıb ocağa atdı. Toxumlar yanan zaman ətrafa yayılan xoş qoxu qəhvəyə olan münasibəti dəyişdi.
Yanmış qəhvə dənələrindən yararlanmağa başladılar. Lakin günümüzdəki kimi içki halında deyil; toz halında heyvan yağı ilə qarışdırıb enerji qidası olaraq qəbul edilirdi.
İnsanlar çox hadisələrə təsadüf deyirlər. Halbuki “təsadüf” deyə bir qavram yoxdur. Keçilər qəhvəni yeməklə insanlara Yaradanın dəyərli nemətlərini tanıtdı.
Siz yenə də təsadüf deyəcəksiniz?

Tərifə Şükürqızı
