Niyə səhərlər qəhvə içmək yaxşı fikir deyil

Gündəlik həyatımızda etdiyimiz bir çox sadə vərdişlər — səhər gözümüzü açan kimi qəhvə fincanına sarılmaq və ya gecə yataqda telefonla vaxt keçirmək – əslində bədənimizin təbii bioloji ritminə qarşı işləyir.
Neyrobiologiya və yuxu elminin bu vərdişlər haqqında nə dediyini və onları necə daha effektiv edə biləcəyimizi nəzərdən keçirək.
Səhər açılan kimi içilən o ilk qəhvə sizə enerjidən çox, günün ikinci yarısında kəskin yorğunluq gətirir. Bunun arxasında Kortizol hormonu və Adenozin maddəsi dayanır.
Səhər oyandıqdan sonra ilk 30–45 dəqiqə ərzində bədəndə stres və oyanıqlıq hormonu olan kortizol ən yüksək səviyyəyə çatır. Bu, bədənin təbii olaraq sizi oyandırma üsuludur.
Kortizol pik həddə olarkən kofein qəbul etdikdə, bədəndə kofeinə qarşı dözümlülük (tolerans) yaranır və kofeinin təsiri azalır.Nəticədə,bədən zamanla təbii olaraq oyanmaq qabiliyyətini itirir və daha çox kofein tələb etməyə başlayır.
Oyandıqdan dərhal sonra qəhvə içdikdə günortadan sonra kofeinin təsiri bitdikdə bütün axşamdan qalan adenozin (yorğunluq hormonu) bir anda reseptorlara hücum edir və kəskin enerji düşüşü yaşayıraınız.
Ən yaxşısı, səhər ilk qəhvənizi oyandıqdan 60–90 dəqiqə sonra için. Bu müddətdə bədəndəki kortizol səviyyəsi təbii olaraq düşəcək və adenozin təmizlənəcək. Beləliklə, kofein sizə maksimum və uzunmüddətli enerji verəcək.
Bəs, gün ərzində enerjjili olmaq və axşam rahat yuxunu təmin etmək üçün nə etməliyik?
Bunun üçün Neyrobioloqlar aşağıdakı qızıl qaydaları təklif edirlər;
1. 08:00-da oyanırsınızsa, İlk qəhvəni 09:30-da için.
2. Saat 14:00-dan sonra kofeinli içkiləri dayandırın.
3. Oyanan kimi 10 dəqiqə çölə çıxıb günəş işığı alın.
4. Yatmazdan əvvəl otağı sərinləşdirin və telefonları uzaqlaşdırın.
Şəhla İlkay.
