Süni İntellektə Hörmət Günü

Hər il iyulun 16-da bütün dünyada süni intellekt texnologiyalarının gündəlik həyatımıza, elmi araşdırmalara, sənətə və etik müzakirələrə təsirini dəyərləndirmək, eləcə də bu sahədə çalışan mütəxəssislərin əməyini qiymətləndirmək məqsədilə Süni İntellektə Hörmət Gününün qeyd olunur.
Faktum.az xəbər verir ki, bu xüsusi günün təsis edilməsi insanlığın gələcəyini formalaşdıran ən böyük texnoloji inqilablardan birinə rəsmi hörmət duruşudur. İlk dəfə AI sahəsində fəaliyyət göstərən texnologiya şirkətləri, mühəndislər və elm adamları tərəfindən ictimaiyyətin süni intellektin imkanları və insan həyatına gətirdiyi rahatlıqlar barədə məlumatlılığını artırmaq üçün yaradılan bu günün əsas mənası, texnologiya ilə insan zəkasının ortaq gücünü və harmoniyasını qeyd etməkdir.
Günün əsas məqsədi isə süni intellektin tibbdən tutmuş kosmosa, yaradıcılıqdan təhsilə qədər həyatımızın hər sahəsində yaratdığı müsbət dəyişiklikləri ön plana çıxarmaq, eyni zamanda onun gələcək inkişafı ilə bağlı etik prinsiplərin və məsuliyyətli istifadə qaydalarının müzakirəsini təşviq etməkdir.
Bu xüsusi tarixdə süni intellektin artıq sadəcə elmi-fantastik filmlərin mövzu deyil, bizim gündəlik qərarlarımızı asanlaşdıran, qlobal problemlərin həllində elm adamlarına kömək edən və yaradıcılıq sərhədlərini genişləndirən real bir köməkçi olduğunu xatırladan bu beynəlxalq gün bizə həm də gələcəyin rəqəmsal dünyasını daha təhlükəsiz, ədalətli və insan mərkəzli qurmağın vacibliyini növbəti dəfə xatırladır.
