Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Sumqayıtda məktəblilər arasında qanlı insident – 9-cu sinif şagirdi bıçaqlandı

08 Oktyabr 2026, 11:56 Kriminal
728×90

Sumqayıt şəhərində məktəbli oğlan bıçaqlanıb.

Faktum.az  Oxu.az-a istinadən xəbər verir ki, hadisə dünən Sumqayıt şəhərində, Mehdi Hüseynzadə adına stadionun ətrafındakı parkda baş verib.

Sumqayıt şəhər sakini, 2011-ci il təvəllüdlü T.Ə. bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisənin 2010-cu il təvəllüdlü R.H. tərəfindən törədildiyi müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Məlumata görə, hər iki yeniyetmə Sumqayıtdakı orta məktəblərdən birinin şagirdləridir. R.H. orta məktəbin 10-cu, T.Ə. isə 9-cu sinif şagirdidir.

Faktla bağlı araşdırma aparılır.

728×90
Paylaş: