Şanlı tarixin Zəfər səhifəsi: Bu gün Laçın Şəhəri Günüdür

Faktum.az xəbər verir ki, bu gün Azərbaycanın zəngin tarixi, əsrarəngiz təbiəti və strateji əhəmiyyəti ilə seçilən füsunkar guşələrindən biri – Laçın şəhərinin günüdür.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər nəticəsində azadlığına qovuşan Laçın, bu gün özünün yeni dirçəliş və inkişaf dövrünü yaşayır. 30 ilə yaxın davam edən işğal dövründə tamamilə dağıdılan, mədəni və tarixi irsi məhv edilən şəhər indi öz doğma sakinlərinə qucaq açaraq yenidən qurulur, sürətlə müasirləşir və Qarabağ ilə Şərqi Zəngəzurun ən gözəl məkanlarından birinə çevrilir.
Böyük Qayıdış proqramı çərçivəsində Laçında reallaşdırılan irimiqyaslı vətənpərvər proqramlar, bərpa olunan infrastruktur, tikilən yeni yaşayış evləri və istifadəyə verilən sənaye obyektləri doğma torpaqlarımıza həyatın tam gücü ilə qaytdığını göstərir. Bu gün Laçın küçələrində ucalan uşaq sesləri, yenidən alovlanan ata ocaqları milli qürurumuzun və sarsılmaz iradəmizin parlaq sübutudur.
Faktum.az kollektivi adından xalqımızı, xüsusən də doğma yurduna qovuşan laçınlıları Laçın Şəhəri Günü münasibətilə samimi qəlbdən təbrik edir, azad olunmuş torpaqlarımızda daimi əmin-amanlıq, bol ruzi-bərəkət və parlaq gələcək arzulayırıq.
