Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Respublika Gözdən Əlillər Kitabxanasında Ümumdünya Uşaq Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib

22 Noyabr 2026, 23:40 Mədəniyyət
728×90

Gerk.az  xəbər verir ki, 20 noyabr 2026-cı il tarixində Respublika Gözdən Əlillər Kitabxanasında Ümumdünya Uşaq Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir kitabxananın əməkdaşı Ayxan Hüseynovun açılış nitqi ilə başlayıb. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Qarakənd faciəsi qurbanlarının, eləcə də Birinci və İkinci Qarabağ müharibələrində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi zamanı Ayxan Hüseynov Qarakənd faciəsinin tarixi, Ağdam şəhərinin işğaldan azad olunması və Ümumdünya Uşaq Hüquqları Gününün əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verib. O, uşaqların hüquqlarının qorunmasının, onların sağlam və təhlükəsiz mühitdə böyüməsinin vacibliyini vurğulayıb.

Tədbirin əsas hissəsi Yusif Şamilovun yaradıcılığına və qazandığı uğurlara həsr olunub. Ayxan Hüseynov qonaqlara Yusif Şamilovun indiyədək əldə etdiyi nailiyyətlər, müxtəlif filmlərdə iştirakı və yaradıcılıq fəaliyyəti haqqında məlumat verib.

Proqram musiqi nömrələri və bədii qiraətlə davam edib. İştirakçılar tərəfindən səsləndirilən musiqilər və şeirlər tədbirə xüsusi rəng qatıb.

Tədbirdə Faktum.az informasiya portalının təsisçisi və rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm sahibi” mükafatı laureatı Jalə Asiman və  “Şəhid Ailələrinə Sosial Dəstək” birliyin Mədəniyyət şöbəsinin müdiri,  Sumqayıt şəhər Qara Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin pedaqoqu Məcidova Sevda Qafar qızı İctimai Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri da iştirak edib.

Həmçinin “Number One Production”un rəhbəri, layihə rəhbəri, teleaparıcı, telejurnalist və müğənni Rəvan Zeynalov, qurumun direktor müavini, aparıcı-müğənni Nahid Əhmədov, aparıcı, bioenerji mütəxəssisi, beynəlxalq təlimçi və reqressoloq Türkay Rəsul, “Azərbaycanın Ulduzu 1 Bala” musiqi yarışmasının qalibi Yusuf Zeynalov, “Qızıl Açar” verilişinin qalibi, Fidam Hacıyeva adına musiqi məktəbinin şagirdi Aylin Tahir, Asif İsa oğlu, Maya Cəbrayılova və digər qonaqlar qatılıblar.

Tədbirin sonunda iştirakçılara təşəkkürnamələr və hədiyyələr təqdim olunub. Sonda xatirə fotosu çəkdirilib.

728×90
Paylaş: