Qaz borcu əsassız hesablanıb? – Etiraz edə bilərsiniz

Qaz sayğacı dəyişdirilib və bundan sonra hesabınıza əlavə borc yazılıb?
Borcun haradan yarandığı izah edilmir, sizə akt və ya digər əsaslandırıcı sənəd təqdim olunmur?
Belə halda sadəcə “sistemdə borc görünür” cavabı ilə kifayətlənməyin.
Abonent borcun hansı dövrə, hansı sayğac göstəricilərinə və hansı hesablamaya əsasən yarandığının izah edilməsini, həmçinin borca əsas olan sənədlərin təqdim edilməsini tələb edə bilər.
Hesablanmış məbləğlə razı deyilsinizsə, borca yazılı şəkildə etiraz edə bilərsiniz.
Etirazınız təmin edilmədikdə isə hüquqlarınızın müdafiəsi üçün məhkəməyə müraciət etmək, borcun əsassız hesablandığını sübut edən sənədləri təqdim etmək və mübahisəli hesablamanın aradan qaldırılmasını tələb etmək hüququnuz var.
Unutmayın: şəxsi hesabınızda borcun görünməsi həmin borcun mütləq əsaslı olması demək deyil.
Hüquqşünas | Mediator Zaur Quliyev
099 711 95 99
