Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Son vaxtlar qəbul olunmuş dövlət proqramları ölkə iqtisadiyyatını gücləndirəcək

24 Sentyabr 2026, 13:50 Siyasət
728×90

Son vaxtlar qəbul olunmuş dövlət proqramları ölkə iqtisadiyyatını gücləndirəcək.

 

Son  vaxtlar ölkə iqtisadiyyatını gücləndirəcək, eyni zamanda vətəndaşların sosial vəziyyətini və müasir infrastrukturla təmin olunmasını təmin edəcək daha bir neçə dövlət proqramı qəbul olunub. Qəbul edilmiş proqramlar arasında  üç əsas istiqamətə həsr olunanları xüsusi önəm daşıyır. Bunlar kənd təsərrüfatına, nəqliyyata, su təsərrüfatına – həm meliorasiya, həm Bakı və Abşeron yarımadasının su təminatına dair dövlət proqramlarıdır.

Son illərdə ölkəmizdə  bir neçə Dövlət Proqramı qəbul olunmuşdur. Qəbul edilmiş bütün proqramlar çox konkretdir, qısamüddətlidir və son məqsədə çatmaq üçün həm dövlət büdcəsində növbəti illər üçün maliyyə təminatı, həm də investisiya proqramında kifayət qədər vəsait nəzərdə tutulur. Eyni zamanda, bu proqramların icra və nəzarət mexanizmləri də tam hazırdır.

Ölkəmizin zəngin mineral-xammal ehtiyatları, sənaye potensialı və mövcud imkanları bu sahənin daha geniş miqyasda inkişaf etdirilməsi üçün əlverişli zəmin yaradır.  Dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialının daha geniş şəkildə reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu sahənin inkişaf etdirilməsi, ilk növbədə, ölkənin zəngin təbii resurslarından daha səmərəli istifadə olunmasına, mövcud mineral-xammal bazasının iqtisadi dövriyyəyə cəlb edilməsinə və qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə imkan verəcək. Eyni zamanda, yeni layihələrin həyata keçirilməsi ölkədə müasir sənaye müəssisələrinin yaradılması və istehsal imkanlarının genişləndirilməsi üçün əlavə şərait formalaşdıracaq.

Bütövlükdə təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını daha da gücləndirəcək. Yeni proqram həmçinin regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir. Necə ki, indiyədək qəbul edilmiş proqramlarda bölgələrin inkişafı xüsusi yer tutub. Hazırda ölkəmizdə qazlaşmanın səviyyəsi 96 faizdir və 25 milyard kubmetrdən çox qaz ixrac edirik. Elektrik enerjisi ilə bağlı bütün məsələlər həll olunub. Bu gün ölkədə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür. Hətta müəyyən həcmdə elektrik enerjisi ixrac edilir.

Digər infrastruktur layihələri də uğurla həyata keçirilib və bu proses davamlıdır. Xəstəxanalar və məktəblər tikilib, avtomobil və dəmir yolları çəkilib, hava limanları inşa edilib. Qeyri-neft sektorunun inkişafını, o cümlədən bu infrastruktur layihələri də şərtləndirir.

 

Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil  məktəbinin direktoru

728×90
Paylaş: