Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu

08 Noyabr 2026, 15:28 Siyasət
728×90

Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu

Azərbaycan xalqının tarixində elə hadisələr var ki, onlar təkcə bir dövrün deyil, bütövlükdə dövlətçilik tariximizin istiqamətini müəyyənləşdirir. 2020-ci ildə qazanılan tarixi Qarabağ Zəfəri də məhz belə hadisələrdəndir. Bu möhtəşəm qələbə qəfil yaranmış uğur deyil, uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin, dövlət quruculuğunun, iqtisadi inkişafın, güclü ordunun formalaşdırılmasının və xalqın milli birliyinin məntiqi nəticəsi idi.

Qarabağ Zəfərinə aparan yolun təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müstəqilliyimizin ilk illərində ölkəmizin üzləşdiyi ağır siyasi, iqtisadi və hərbi böhran şəraitində hakimiyyətə qayıdan Ulu Öndər Azərbaycan dövlətçiliyini dağılmaq təhlükəsindən xilas etdi, ölkədə sabitliyi təmin etdi, ordu quruculuğuna və beynəlxalq münasibətlərin inkişafına xüsusi diqqət yetirdi. Məhz həmin dövrdə Azərbaycanın gələcək inkişaf strategiyasının əsas istiqamətləri müəyyənləşdirildi.

2003-cü ildən etibarən Prezident İlham Əliyev bu siyasi kursu yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirdi. Ölkənin iqtisadi potensialının gücləndirilməsi, müdafiə sənayesinin inkişafı, ordunun ən müasir silah və texnika ilə təchiz edilməsi, hərbi qulluqçuların peşəkarlığının artırılması dövlət siyasətinin prioritet istiqamətlərinə çevrildi. Azərbaycan beynəlxalq miqyasda nüfuzunu artıraraq regionun aparıcı dövlətlərindən birinə çevrildi.

Bütün bunlar Azərbaycanın qarşısında dayanan ən mühüm tarixi vəzifənin – torpaqlarımızın işğaldan azad edilməsinin reallaşması üçün möhkəm zəmin yaratdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının illərlə icra olunmamış qətnamələrini özü həyata keçirdi.

Bu qələbənin arxasında Prezident İlham Əliyevin siyasi iradəsi, Müzəffər Ali Baş Komandanın qətiyyəti, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi dayanırdı. Xüsusilə gənc nəslin nümayiş etdirdiyi vətənpərvərlik, fədakarlıq və döyüş əzmi Zəfərin əldə olunmasında müstəsna rol oynadı. 44 günlük Vətən müharibəsi sübut etdi ki, güclü dövlət, qüdrətli ordu və milli birlik bir araya gəldikdə heç bir qüvvə xalqın haqq işinin qarşısını ala bilməz.

Bu gün Qarabağ Zəfəri Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin tarixi nəticəsi kimi Azərbaycan xalqının yaddaşında əbədi yaşayır.

 

Talıb Talıbov – Zərdab rayonu Alıcanlı kənd sakini

728×90
Paylaş: