Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Dəmir yumruq – Azərbaycan xalqının birliyinin və qüdrətinin rəmzidir

08 Noyabr 2026, 15:19 Siyasət
728×90

Dəmir yumruq – Azərbaycan xalqının birliyinin və qüdrətinin rəmzidir

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin əsas dayaqlarından biri xalqımızın milli birliyi və həmrəyliyi oldu. Müharibənin ilk günlərindən etibarən Azərbaycan cəmiyyətində yaranan yüksək vətənpərvərlik ruhu, dövlət başçısına inam və ordumuza mənəvi dəstək qələbənin təmin edilməsində mühüm rol oynadı.

Prezident İlham Əliyev Vətən müharibəsi dövründə xalqa müraciətlərində dəfələrlə Azərbaycanın birliyinin gücünü vurğulayırdı. Dövlət başçısının səsləndirdiyi “dəmir yumruq” ifadəsi qısa müddətdə xalqımızın milli həmrəyliyinin, sarsılmaz iradəsinin və düşmənə qarşı mübarizə əzminin rəmzinə çevrildi.

2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi münasibətilə Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edən Müzəffər Ali Baş Komandan bu birliyin mahiyyətini xüsusi olaraq diqqətə çatdırdı. O bildirdi ki, dəmir yumruq yalnız düşmənə endirilən zərbənin deyil, həm də Azərbaycan xalqının birliyinin rəmzidir.

Həqiqətən də, Vətən müharibəsi günlərində ölkəmizdə görünməmiş milli həmrəylik nümayiş etdirildi. Cəbhədə əsgərlərimiz düşmənlə döyüşərkən arxa cəbhədə milyonlarla insan vahid məqsəd ətrafında birləşmişdi. Könüllülər orduya dəstək göstərir, gənclər döyüşlərə qatılmaq üçün müraciət edir, vətəndaşlarımız müxtəlif təşəbbüslərlə dövlətimizin və ordumuzun yanında olduqlarını nümayiş etdirirdilər.

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da Vətən müharibəsi dövründə həmrəylik nümayiş etdirərək Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırırdılar. Bu, xalqımızın milli kimliyinə və dövlətçiliyinə bağlılığının bariz ifadəsi idi.

Şuşanın azad edilməsi ilə nəticələnən tarixi qələbə göstərdi ki, xalqın birliyi dövlətin ən böyük güc mənbələrindən biridir. Dəmir yumruq ifadəsi də məhz bu həqiqəti özündə ehtiva edir.

Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri həmin birliyi və həmrəyliyi qorumaq, ölkəmizin gələcək inkişafı naminə milli gücü səfərbər etməkdir. Çünki Vətən müharibəsində bizi Zəfərə aparan birlik müasir Azərbaycan dövlətinin ən böyük sərvətlərindən biridir.

 

Yaşar Nuriyev – Zərdab rayonu Alıcanlı kənd sakini

 

728×90
Paylaş: