Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində böyük fəxarət və qürur hissi ilə Şuşa şəhərinin işğaldan azad olunduğunu bəyan etdi

08 Noyabr 2026, 08:17 Siyasət
728×90

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində böyük fəxarət və qürur hissi ilə Şuşa şəhərinin işğaldan azad olunduğunu bəyan etdi.

2020-ci il noyabrın 8-i Azərbaycan xalqının çoxəsrlik tarixində, müasir dövlətçilik salnaməsində xüsusi yer tutan, milli qürurun, siyasi iradənin və tarixi ədalətin təntənəsinə çevrilən əlamətdar günlərdən biridir. Həmin gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında Şuşa şəhərinin işğaldan azad edildiyini böyük fəxarət və qürur hissi ilə bəyan etmişdir. Bu tarixi xəbər 44 günlük Vətən müharibəsinin ən mühüm nəticələrindən biri olmaqla, Azərbaycan dövlətinin qarşıya qoyduğu strateji məqsədlərə çatmaq istiqamətində əldə etdiyi böyük nailiyyətin təsdiqi idi. Şuşanın azad edilməsi ilə xalqımızın uzun illər davam edən nisgilinə son qoyulmuş, Azərbaycanın tarixi, mədəni və mənəvi irsinin ayrılmaz hissəsi olan şəhər öz azadlığına qovuşmuşdur. Şəhidlər xiyabanında baş tutan bu tarixi hadisə dərin mənəvi və siyasi məzmun daşıyırdı. Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın uyuduğu müqəddəs məkanda Şuşanın azad edilməsi xəbərinin elan olunması şəhidlərimizin əziz xatirəsinə ehtiramın, onların uğrunda mübarizə apardıqları müqəddəs amalın gerçəkləşməsinin rəmzi ifadəsi idi. Uzun illər ərzində işğal altında qalan torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizənin bu mühüm nəticəsi şəhidlərimizin qanının yerdə qalmadığını, xalqımızın öz tarixi torpaqlarına sahib çıxmaq əzmini və dövlətimizin bu istiqamətdə nümayiş etdirdiyi qətiyyətli mövqeyi təsdiqləyirdi.

Azərbaycan xalqının bütün bu illər ərzində Cənab Prezident İlham Əliyevə göstərdiyi etimad və dəstək ölkənin qarşısında dayanan mürəkkəb vəzifələrin həyata keçirilməsində mühüm siyasi-mənəvi amil olmuşdur. Dövlət başçısının rəhbərliyi ilə müəyyən edilmiş inkişaf strategiyasının ardıcıl həyata keçirilməsi, milli maraqların qorunması və ərazi bütövlüyünün bərpası istiqamətində aparılan məqsədyönlü siyasət xalqın dövlətə və onun rəhbərliyinə inamını daha da möhkəmləndirmişdir. Vətən müharibəsi günlərində bu inam ümumxalq həmrəyliyinə, vahid məqsəd ətrafında səfərbərliyə və qələbəyə sarsılmaz inamın formalaşmasına çevrilmişdir. Müharibə dövründə xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik Azərbaycanın siyasi və ictimai həyatında mühüm hadisə kimi səciyyələnmişdir. Cəmiyyətin bütün təbəqələrinin Vətən müharibəsi ətrafında səfərbər olması, ölkə daxilində hökm sürən yüksək vətənpərvərlik ruhu, müxtəlif sahələrdə çalışan insanların vahid milli məqsədə xidmət etməsi dövlət-xalq-ordu birliyinin gücünü nümayiş etdirmişdir. Bu həmrəylik yalnız hərbi əməliyyatların gedişində deyil, ölkənin beynəlxalq mövqeyinin müdafiəsində, informasiya mübarizəsində və milli maraqların təbliğində də özünü aydın şəkildə göstərmişdir. Vətən müharibəsi dövründə siyasi və ictimai məzmun qazanan “Dəmir yumruq” anlayışı Azərbaycan xalqının milli birliyinin, dövlətimizin qətiyyətinin və ölkənin suveren hüquqlarının müdafiəsində nümayiş etdirdiyi prinsipial mövqeyin rəmzinə çevrilmişdir. Bu ifadə xalqın öz Liderinin ətrafında birləşməsini, Ordunun gücünü, dövlətin siyasi iradəsini və milli maraqlar naminə nümayiş etdirilən sarsılmaz əzmi özündə ehtiva etmişdir. Həmin birlik ölkənin gələcək inkişafı, qarşıya qoyulan strateji hədəflərin reallaşdırılması və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyan ümummilli dəyər kimi formalaşmışdır.

Şuşanın azad edilməsi Azərbaycanın hərbi uğurunun hüdudlarını aşaraq böyük siyasi və geostrateji əhəmiyyət kəsb edən hadisəyə çevrilmişdir. Şuşanın azadlığı ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, milli maraqlarının müdafiəsində siyasi iradəsinin nümayişinə və regionun gələcək inkişafında aparıcı rolunun artmasına mühüm təsir göstərmişdir. Şuşa Zəfəri Azərbaycan xalqının milli yaddaşında yalnız hərbi qələbə kimi deyil, dövlətçilik iradəsinin, siyasi qətiyyətin, xalq həmrəyliyinin və tarixi ədalətin bərpasının təcəssümü kimi yaşayır. Bu hadisənin arxasında uzun illər ərzində həyata keçirilən dövlət siyasəti, güclü iqtisadi və hərbi potensialın formalaşdırılması, diplomatik fəaliyyət və xalqın öz torpaqlarına bağlılığı dayandı

 

Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin direktoru

728×90
Paylaş: