Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

Öz saçı ilə boğuldu

27 İyul 2026, 11:00 Dünya
REKLAM728×90

Tarix boyu saraylarda gedən iqtidar mübarizələri, qanlı sonluqla bitib.

Taxta sahib olmaq üçün, ata, oğlu, oğul atanı, ana oğlu, qardaş, qardaşı, bacı qardaşı, ağıla gələn və gəlməyən şəkildə qətl etdirib.

Tarixdə qorxunc iqtidar savaşı ilə yadda qalan Osmanlı imperiyasında, 1651-ci il 2 oktyabr tarixində növbəti dəhşətli qətl törədildi. Qətlə yetirilən Moralı və ya Peloponezi keşişin qızı, əsl adı Anastasiya olan, Sultan Əhmədin qadını, IV Muradın və Süleymanın anası, validə sultan Mahpeykər Kösəm idi. Nəvəsi IV Mehmet’ə qarşı hazırladığı sui-qəsd planından xəbərdar olan gəlini, VI Mehmet’in anası Turhan Xədicə Sultan tərəfindən öldürüldü.  Öncə ağır şəkildə döyülüb, zinət əşyaları qarət edildi. Öldüyünü düşünüb tərk edildi. Yaşadığı məlum olduqda uzun saçı ilə boğularaq öldürüldü.

Kösəm, Osmanlı sarayında sultan olan Hürrəmdən (Raksalana) sonra ikinci xristian qadın idi. Xalq arasında nə qədər sevgi qazanmış olsa da, saray daxilində qəddarlığı, rüşvətxorluğu, intriqalara, qəddarlığı ilə bir o qədər nifrət olunurdu. Hətta oğlu İbrahimin taxt uğruna öldürməsinə belə razılıq verdi. Qardaşı Murad tərəfindən olduruləcəyi qorxusu ilə, psixi xəstəlik qazanmış oğlu İbrahimin öldürüb, yerinə nəvəsi IV Mehmet’i gətirməklə, yenidən dövləti idarə etməyi düşünürdü.

Göründüyü kimi,bu qədər qəddar bir qadın, xalqın sevgisini hansı yolla qazana bildi?

Rüşvət aldığı əyanların malları ilə xeyriyyəçilik edib, ac insanları doğururdu. İlk baxışda olduqca mərhəmətli görünür. Lakin arxasında, əllərində öz oğlunun qanı, nəvəsinin sui-qəsd planı olduğunu düşündükdə, mərhəmətinin saxta olmadığına, maraqlarına xidmət etmədiyinə inanmaq olmur.

Tarix olanlara, yaşananlara deyil, nəticəyə baxır.

Kösəm sultan tarixdə saçı ilə boğulub öldürülən ilk qadın desək yerinə düşər. Və tarix bizə onu da isbat edir ki, sultanlıq, iqtidar hərisliyi qanla sonlanır. Fərq etmir, ya öz qanıyla, ya da canından olanın qanı ilə.

Tərifə Şükürqızı

REKLAM728×90
Paylaş: