Osmanlı sarayının qaranlıq üzü

612 il varlığını qoruyan Osmanlı sarayı və Osmanlı imperiyası heç də sandığımız kimi şəffaf deyildi.
Sultan, ətrafına topladığı əyan-əsrəfindən çox, hərəmxananı idarə edən, hərəm ağasına inanırdı.
Hətta sarayda ən nüfuzlu şəxs sayılan sədriəzəmin taleyi, bir hərəm ağasının dodaqları arasında idi.
Məlumdur ki, hərəm ağası olan kişi, uşaq yaşlarında xacə edilirdi .
Kiçik oğlan uşaqları kölə tacirləri tərəfindən qaçırılıb, heç bir tibbi müdaxilə olunmadan, qəddarlıqla qısırlaşdırılırdı. Qanaxmanın qarşısının alınması üçün, usaq isti quma basdırılırdı. Belə bir vəziyyətdə sağ qalmaq ehtimalı yüzdə on olurdu. Sağ qalmağı bacaran isə, sarayda yetişdirilib, hərəm ağasına dönürdü.
Sual yarana bilər ki, niyə belə bir insanın siyasi nüfuzu yüksək idi?
Gələcəyinə dair heç bir ümidi olmayan, bədəninin həzzini və gələcək xəyallarını itirmiş bir insan üçün tək yol sultana sədaqət idi. Belə birinin gələcəkdə taxta sahib ola bilməyəcəyindən əmin olan sultan, ona böyük etimad göstərirdi. Bütövlukdə saray daxilində hər bir səlahiyyət, maliyyə nəzarəti onun sərəncamına verilirdi.
Osmanlı sarayının bir hərəm ağasını, bir sədriəzəmin, bir paşanın, bir şahzadənin həyatını ya xilas edə bilərdi, ya məhv edə bilərdi.
Kenardan dövlət sultan və əyan-əsrəfi tərəfindən idarə olunurmuş kimi görünsə də, əslində dövləti xacələr idarə edirdi. Hərəmxanada qadınlar üzərində idarəçiliyi bacarıqla yönəldə bilən hərəm ağası, saray məmurlarını asanlıqla idarə edirdi. Hətta sarayda belə bir deyim vardı ki, “hərəmi idarə etmək, dövləti idarə etməkdən çətindir”.
Bütün bu üstünlüklərə baxmayaraq,
düşünürük ki, siyasi oyunda söz sahibi olmaq üçün, bir uşağın insanı dəyərlərinin, həyat eşqinin məhv edilməsi çox böyük qəddarlıqdır.
Sonunda Osmanlı sarayı,,” hər addım dövlətin qorunması üçündür” deyə, insanlığa qarşı edilən cinayətə haqq qazandırdı.

Tərifə Şükürqızı
