Onları “TİTİ” deyə çağırırdılar

Xalqlar bir-birindən yalnız antropoloji qurluşu, dil fərqi ilə deyil, adət-ənənələri ilə də fərqlənirlər.
İtaliya qədim mədəniyyətin mərkəzlərindən biri olaraq tanınır.
İtalyan xalqı Avropa xalqları arasında emosionallıq baxımından fərqləndikləri üçün, onları bəzən, Avropanın Qafqazı adlandıranlar belə olub.
Dünyanın hər yerində olduğu kimi, burada da qadın hüquqları olmayıb. Lakin doğulan qız uşaqlar üçün gözəl ad söylənilib.
TİTİ. Anlamı qədim İtalyan dilində çiçək mənası daşıyır. Qız uşaqları 12 yaşına çatana qədər onları “TİTİ” deyə çağırırdılar. 12 yaşında sonra uşağın xasiyyətinə uyğun ad seçilərmiş.
Qızlara ad verilməməsi adətinin nə qədər yaxşı və ya pıs olduğunu deyə bilmərik. Xoşagələn tərəfi isə körpə qız uşaqlarlarını çiçəyə bənzətmələri idi.
Tərifə Şükürqızı
