Feyman texnikası

Mürəkkəb mövzuları 5 dəqiqəyə necə öyrənməli?
Faktum.az xəbər verir ki, Nobel mükafatı laureatı Riçard Feyman tərəfindən işlənib hazırlanmış tədris metodu hər hansı mürəkkəb informasiyanı 80% daha sürətli mənimsəməyə imkan verir. Metodun əsası öyrənilən mövzunu sanki 6 yaşlı uşağa izah edirmiş kimi sadə sözlərlə yazmaq və anlaşılsız qalan hissələri müəyyən edərək mətni sadələşdirməkdən ibarətdir.
Alim bildirirdi ki, bir mövzunu mürəkkəb terminlərlə danışmaq onu bildiyinizi deyil, sadəcə ezberlədiyinizi göstərir. Feyman texnikası vasitəsilə informasiyanı xammal halında parçalayıb öz sözlərinizlə ifadə etdikdə, bilik yaddaşda 3 dəfə daha möhkəm həkk olunur.
