Günəş dərmanı: “D vitamininin faydaları və artıq dozasının gizli zərərləri”

Faktum.az xəbər verir ki, immun sisteminin bünövrəsi sayılan D vitamini sümükləri möhkəmləndirir, infeksiyalara qarşı müqaviməti artırır və depressiya riskini 30% azaldır. Xüsusilə payız-qış mövsümündə günəş işığının azalması ilə orqanizmdə bu vitaminin çatışmazlığı kəskin hiss olunur.
Lakin həkimlər xəbərdarlıq edirlər ki, mütəxəssis məsləhəti olmadan yüksək dozada D vitamini qəbul etmək orqanizmdə kalsiumun normadan artıq toplanmasına (hiperkalsemiya) səbəb olur. Bu da böyrəklərdə daş əmələ gəlməsinə, damarların kirəcləşməsinə, ürək ritminin pozulmasına və kəskin ürəkbulanmaya yol aça bilər. Mütəxəssislər D vitaminini yalnız qan analizindən sonra qəbul etməyi tövsiyə edirlər.
