Müasir Azərbaycan Heykəltəraşlığının Görkəmli Nümayəndəsi: Fuad Salayev

24 sentyabr 1943-cü ildə Bakıda anadan olan Fuad Salayev, Azərbaycanın Xalq rəssamı, profosional heykəltəraş və pedaqoqdur.
Faktum.az xəbər verir ki, o, həm ölkəmizdə, həm də beynəlxalq miqyasda tanınan bir çox monumetal və dəzgah heykəltəraşlığı əsərlərinin müəllifidir.
Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirən Fuad Salayev yaradıcılığında milli motivləri müasir plastik formalarla sintez etməyi bacaran sənətkarlardandır. Onun hazırladığı xatirə kompleksləri, büstlər və monumental kompozisiyalar Azərbaycanın, eləcə də bir çox xarici ölkələrin park və meydanlarını bəzəyir. Təsviri sənət sahəsindəki uzunmüddətli zəngin fəaliyyəti ilə yanaşı, o, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru kimi uzun illər gənc heykəltəraş və rəssam nəslinin yetişməsində, milli incəsənət təhsilinin inkişafında müstəsna xidmətlər göstərmişdir. Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilən ustad sənətkar, Azərbaycan təsviri sənətini dünyada layiqincə təmsil edən ziyalılarımızdandır.
