Haqqımızda Reklam Əlaqə
160×600
160×600

ATANIN BORCU ÖVLADA QALIR? -Hüquqşünas açıqladı

25 Sentyabr 2026, 10:30 Sosial
728×90

“Valideynim vəfat edib, bank krediti qalıb. İndi həmin borcu mən ödəməliyəm?”

Bu sualla tez-tez qarşılaşırıq.
Ən vacib məqam budur:
Atanın borcu sadəcə onun övladı olduğunuz üçün avtomatik olaraq sizin şəxsi borcunuza çevrilmir.
Miras dedikdə yalnız ev, torpaq, avtomobil və ya pul nəzərdə tutulmur. Miras qoyanın müəyyən əmlak öhdəlikləri də vərəsəlik məsələsində nəzərə alına bilər.
Amma burada çox vacib bir hədd var:
Vərəsə mirasın dəyərindən artıq borca görə məsuliyyət daşımır
Məsələn, atanızdan sizə 20.000 manat dəyərində miras qalıb, onun isə 35.000 manat borcu var.
Bu halda 35.000 manatın hamısını şəxsi vəsaitiniz hesabına ödəməli deyilsiniz. Vərəsə kimi məsuliyyətiniz sizə çatan mirasın həcmi ilə məhdudlaşır.
Yəni 20.000 manatlıq mirasa görə 35.000 manat şəxsi borc sahibi olmursunuz.
Bəs ümumiyyətlə miras yoxdursa?
Ən vacib məsələ də budur.
Atanızdan sizə heç bir miras əmlak qalmayıbsa, sırf onun övladı olduğunuza görə atasının borcunu öz cibinizdən ödəmək öhdəliyiniz yaranmır.
Sadə dillə:
Miras yoxdursa – vərəsəlikdən irəli gələn borc məsuliyyəti də yoxdur.
Ona görə valideyn vəfat etdikdən sonra bank və ya başqa kreditor borc tələb edirsə, dərhal ödəniş etməzdən əvvəl müəyyənləşdirilməlidir:
Vərəsəyə nə qədər miras qalıb və tələb edilən borc nə qədərdir?
Çünki insan atasının və ya anasının borcuna yalnız onların övladı olduğu üçün şəxsi əmlakı ilə cavabdeh olmur.
Miras varsa – məsuliyyət mirasdan alınmış aktiv həddindədir.
Miras yoxdursa – sırf qohumluğa görə borc da yoxdur.

Zaur Quliyev
Hüquqşünas | Mediator
099 711 95 99

728×90
Paylaş: