Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

Məşhur azərbaycanlı sənətkarların qızı ABŞ-də assosiasiya prezidenti seçildi

23 İyul 2026, 22:58 Mədəniyyət
REKLAM728×90

Görkəmli bəstəkar Cövdət Hacıyevin və SSRİ Xalq artisti Əminə Dilbazinin qızı Pərvin Muradova-Dilbazi Brevard Musiqi Müəllimləri Assosiasiyasının (The Brevard Music Teachers Association) prezidenti seçilib.

Faktum.az  xəbər verir ki, bu barədə Rəşid Behbudov Fondunun direktoru Kamil şahverdiyev məlumat yayıb.

ABŞ-nin Florida ştatında yaşayan Pərvin Muradova-Dilbazi Florida Texnologiya Universitetinin professoru, Floridanın “Azərbaycan-Amerika Mədəniyyəti Cəmiyyəti”nin Mədəniyyət işləri üzrə direktorudur. O, həmçinin, ABŞ-də musiqi müəllimləri üzrə yüksək peşəkarlıq və tədris keyfiyyətinin göstəricisi olan “Musiqi Müəllimləri üzrə Milli Sertifikatlı Müəllim” (“Nationally Certified Teacher of Music-NTCM”) titulunun sahibidir. Pərvin Muradova-Dilbazinin təşəbbüsü ilə hər il “Florida Keys” adlı beynəlxalq musiqi müsabiqəsi təşkil edilir.

REKLAM728×90
Paylaş: