Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Mehriban xanım Əliyevanın gördüyü işlər dünya miqyasında da yaxından izlənilir və yüksək qiymətləndirilir

26 Avqust 2026, 12:38 Cəmiyyət
728×90

Məlum olduğu kimi, sosial dövlətin mühüm funksiyalarından biri də xeyriyyəçilik fəaliyyətinin genişləndirilməsidir. Ümumiyyətlə, cəmiyyətdə sosial qeyri-bərabərliyi aradan qaldırmaq üçün həm dövlət, həm də digər qurumlar vasitəsilə bir çox tədbirlər həyata keçirilir. Amma sosial bərabərliyin əldə olunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlər istənilən səviyyədə gözlənilən effekti verməyə də bilər. Çünki dövlətin cəmiyyətdə sosial ədalətin bərqərar olması və qeyri-bərabərliyin aradan qaldırılması istiqamətində gördüyü iş ictimai dəstək qazanmalı, qeyri-dövlət xətti ilə də işlər görülməlidir. Bu baxımdan da, sosial dövlətin xeyriyyəçilik fəaliyyətinin genişləndirilməsi kimi funksiyası işə düşməlidir.

Artıq hər kəsə bəllidir ki, Azərbaycanın birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gördüyü xeyirxah işlər təkcə Azərbaycanda deyil, dünya miqyasında da yaxından izlənilir və yüksək qiymətləndirilir. Bunu biz, eyni zamanda, dünyanın ən nüfuzlu mətbuat orqanlarının səhifələrində çıxan məqalələrdə də görürük.

Qeyd edək ki, Mehriban xanım Əliyeva 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə YUNESKO-nun xoşməramlı səfiri adına, 2005-ci il iyunun 9-da ictimai, messenatlıq və xeyriyyəçilik fəaliyyətinə, həmçinin, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin messenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESKO-nun xoşməramlı səfiri adına, 2007-ci ildə bəşəriyyətin ali ideyalarına xidmətdə qazandığı görkəmli nailiyyətlərə görə “Qızıl ürək” beynəlxalq mükafatına, 2009-cu ildə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Heydər Əliyev Mükafatı”na, 2010-cu ildə isə iki mötəbər mükafata – Fransa dövlətinin “Şərəf Legionu” ordeninə və YUNESKO-nun “Qızıl Motsart” medalına layiq görülüb.

Xeyriyyəçilik insani münasibətlərin son dərəcə incə, nəzakətli, həssas sahəsidir və fəaliyyətin bütün iştirakçılarından – xeyriyyəçilərin özlərindən, bu fəaliyyətdən bəhrələnənlərdən və ya vasitəçilərdən ümumbəşəri əxlaq, etika və nəzarət normalarına dönmədən riayət olunmasını tələb edir ki, bunu da Mehriban xanım Əliyevanın əməllərində görürük.

Xankişiyeva Ceyran Cahangir qızı

“Azərbaycan Respublikası Şəhid Ailələri və Müharibə Veteranlarının Müdafiəsi” ictimai birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

728×90
Paylaş: