Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

İrandan Azərbaycana 8 kq narkotikin keçirilməsinin qarşısı alındı

28 İyul 2026, 12:57 Kriminal
REKLAM728×90

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə 7 kiloqram 698 qram narkotik vasitə və 790 ədəd nakotik tərkibli həbin keçirilməsinin qarşısı alınıb.

Bu barədə   Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 7 kiloqram 368 qram, “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində isə 330 qram narotik vasitə marixuana və 790 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

REKLAM728×90
Paylaş: