İndi anası həm də məşuqəsidir

Faktum.az bildirir ki, seçdiyimiz başlığın və toxunacağımız mövzunun olduqca dəhşətli, hətta qandonduran səsləndiyinin fərqindəyik. Bu yazıda sizə yaddaşımızın arxivində yer alan, eşidəndə insanı sarsıdan mənəvi cinayətlər barəsində söhbət açmaq istəyirik.
İnsanda empati duyğusunun olması onun ən böyük fəzilətlərindən biridir. Lakin bəzən yüksək empatiyaya sahib olmaq, şəxsin özünün ağır psixoloji sarsıntılar yaşamasına rəvac verir. Sırf indi bəhs edəcəyimiz hadisələr kimi…
Ətrafımda mənim empati qabiliyyətimin yüksək olduğunu söyləyən insanlar, zaman-zaman onları narahat edən daxili, psixoloji problemlərini bölüşmək üçün mənə müraciət edirlər. Təbii ki, mən psixoloq olmadığım üçün onlara yanaşma tərzim tam fərqli, sadəcə dinləyici qismində olur. Bəlkə də elə bu qeyri-rəsmi, səmimi mühitə görədir ki, müxtəlif vaxtlarda həmsöhbət olduğum 4 kişi mənə qorxunc etiraflar edib. Onlar doğma anaları ilə yaşadıqları qadağan olunmuş münasibətlərdən bəhs edirdilər.
Bir kişi olaraq, analarına qarşı duyduqları cinsi istəyin yaranma səbəblərinə diqqət yetirdikdə, acınacaqlı olsa da, əsas səbəbkarın elə ananın özü olduğu ortaya çıxır. Müxtəlif dövrlərdə ünsiyyətdə olduğum bu 4 gənc oğlan analarının onların gözü qarşısında soyunub-geyindiklərini, açıq-saçıq, təhrikedici davranışlar nümayiş etdirdiklərini dilə gətirdilər. Ana oğlunun böyüdüyünü, onda yaranan bioloji və hormonal dəyişiklikləri çox gözəl bilir. Bunu bildiyi halda, öz doğma övladını özünə qarşı cinsi meylliliyə sürükləyir.
Söhbətlər zamanı hər bir gənc oğlanda eyni reaksiyanı müşahidə etdim: onlar anaları ilə yaşadıqları bu yaxınlıqdan sonra dərin peşmançılıq keçirirlər. Lakin ana bu qeyri-insani münasibəti davam etdirmək üçün oğlunu yenidən təhrik edir. Şübhəsiz ki, burada oğul da ana qədər günahkardır.
Vəziyyətin daha dəhşətli tərəfi isə odur ki, bu ailələrdə atalar da var. Analar öz oğullarını ataları ilə müqayisə edir, bu isə gənc oğlanın daxili eqosunu oxşayır. Onlar analarının qarşısında özlərini sanki “mükəmməl bir partnyor” kimi isbat etməyə çalışırlar. Oğul etdiyi əməlin bütün mənəvi dəyərlərdən kənar, insanlığa sığmayan bir hal olduğunu bilsə də, ana ilə eyni evdə yaşamağa davam edir. Beləliklə, ana artıq ana deyil, oğlunun gizli məşuqəsinə çevrilir. Kənardan onların sevgili olduğunu heç kim təxmin edə bilmədiyi üçün, bu gizli “təhlükəsizlik” zolağında rahatlıqla yaşayırlar. Hətta bu həmsöhbətlərimdən biri, həm anası, həm də doğma bacısı ilə eyni vaxtda cinsi münasibətdə olduğunu etiraf etdi.
Bütün bunları dinləmək mənəvi və əxlaqi baxımdan olduqca iyrəncdir. Digər tərəfdən isə bu reallıq, bəzi insanların daxilində gizlənən qaranlıq, heyvani tərəfi ortaya çıxarır. “İnsanı digər canlılardan fərqləndirən onun şüurudur” demək hər zaman məntiqli görünmür. Çünki şüur insana tabuları, ailə dəyərlərini aşılamaq və onları qorumaq üçün lazımdır. Heyvanda şüur olmadığı üçün onlarda ailə qavramı, ana, ata və ya övlad münasibətlərinin sərhədi yoxdur. Sözügedən bu insanlar da, təəssüf ki, şüurdan imtina edərək heyvani instinktlərlə yaşayan varlıqlara çevrilirlər.
Tərifə Şükürqızı
