Hava qüvvələrində leylək strategiyasının tarixi

1934-cü ilin iyun ayı.
Yer, Bursa, Orxanqazi.
Altı qartal yeni balaları çıxmış leylək yuvasına hücum etdilər. Ata-ana leyləyi öldürüb, balaları qaçırdılar. Bir neçə gün sonra başqa yuvaya hücum etdilər. Öncəki faciədən xəbərdar olan ata-ana leylək, balalarını başqa bir yerdə gizlətməyi bacarmışdılar.
Hadisə digər leyləklər arasında sürətlə yayıldı. İki ay boyunca Anadolu’nun hər tərəfindən leyləklər axışıb, Bursa’ya, Aydın’a, Trakiyaya gəldilər. Qartallar da hazırlığa başladı.
Nəhayət avqust ayında Menderes deltası adlanan ərazidə qartallar ilə leyləklərin müharibəsi başladı. Qartallar güclü caynaqları, sərt dimdikləri ilə hücum edərkən, leyləklər uzun dimdikləri ilə mübarizə aparırdı. Səma tam bir döyüş meydanı idi. Kənd əhalisi də leyləklərlə “müttəfiq” idi. Yaralanan leyləkləri müalicə edir, yaralarını sarıyıdılar. Qartalların güclü olmasına baxmayaraq, leyləklər tam bir hərb zəkası sərgiləyirlər. Gənc leyləklər qartalı yorur, yaşlı , təcrübəli leylək son zərbəni vururdu.
Hadisə qısa vaxtda Türkiyə ərazisindən çıxıb, dünyaya yayıldı. Amerikanın New Yourk Times qəzetinin müxbirləri Türkiyəyə axışdı. “Qızıl aypara” cəmiyyəti hadisə yerinə cəlb olundu. Nəhayət müharibə leyləklərin qələbəsi ilə bitdi. Qartallar ərazini tərk etdilər.
Türkiyədə yaşanan quşların müharibəsi, sonradan hərbi hava qüvvələrində yeni döyüş taktikasının yaranmasına İlham verdi. Hərbi məktəblər leylək taktikasını dərs olacaq tədris etdi.
Yaşanmış təbiət hadisəsi bir daha sübut edir ki, hər zaman güc deyil, ağıl qazandırır.
Siz, siz olun, qartallar kimi nəhəngliyinizə güvənməyin

Tərifə Şükürqızı
