Hamı mənə baxır illüziyası: Beynimizin “Spotlight” yalanı

Faktum.az xəbər verir ki, psixologiyada “Spotlight effekti” (Diqqət mərkəzi effekti) adlanan bu fenomen insanın öz xarici görnüşünə, hərəkətlərinə və səhvlərinə ətrafdakıların reallıqda olduğundan qat-qat çox diqqət yetirdiyini düşünməsi meylidir.
Küçədə gedərkən hamının sizə baxdığını, geyiminizdəki kiçik bir ləkəni və ya ayağınızın büdrəməsini hər kəsin fərq etdiyini zənn edirsinizsə, beyninizin bu oyununun qurbanısınız. Bu böyük yalanın əsas qaynağı eqosentrik təfəkkürdür; biz dünyanı yalnız öz gözlərimizlə gördüyümüz üçün şüuraltı olaraq başqalarının da fokus nöqtəsinin biz olduğumuzu uydururuq. Elmi araşdırmalar isə sübut edir ki, əslində real həyatda hər kəs eynilə sizin kimi öz dünyası, problemləri və xarici görünüşü ilə məşğuldur və ətrafdakıların böyük əksəriyyəti sizi heç fərq etmir.
