Evli kişi üçün 3 övladını güllələdi

1983-cü ilin 19 may tarixində Amerikanın Oreqon ştatı, qandonduran hadisəyə şahid oldu.
Diana Downs 3 uşağı – 8 yaşlı Christie , 7 yaşlı Cherl, 3 yaşlı Danny ilə tək yaşayırdı. Məlum tarixdə, saçları dağınıq, təlaş içərisində polisə gedərək, yolda tanımadığı bir kişi tərəfindən övladlarının və özünün güllələndiyini deyir. Diana özü qolundan yaralanmışdı. 7 yaşlı Cherl ölmüş, 8 yaşlı Christie və 3 yaşlı Danny komada idi. Polis maşına baxış keçirir. Gilizlər ballistik ekspertizaya göndərilir.
Aparılan tədqiqatların nəticəsi heç də cinayət mühitinin Diananın söylədiyi ilə üst-üstə düşmədiyini müşahidə edir.
Hətta bəzi şahid ifadələrində bildirildiyinə görə, Diana bilərəkdən yolu uzadıb, avtomobili yavaş sürüb. Planlı şəkildə uşaqlarını xəstəxanaya çatdırmağa gecikib.
Hadisənin başından şübhələri üzərinə çəkən Diana, istintaqın gedişi zamanı artıq şübhə yeri buraxmadı. Ballistik ekspertizanın cavabı, Dianaya məxsus Ruqer tipli tapançaya aid olduğunu sübut edirdi.
Diananın gündəliyində birlikdə olduğu evli kişinin, uşaqları qəbul etməməsi qeyd olunurdu. Diana uşaqlarını sanki ayaq bağı hesab edirdi. Evli sevgilisi ilə birlikdə olmaq üçün övladlarının həyatına son verməyi planlaşdırır.
Şübhələr nə qədər ananın üzərində dayansa da ana bunu qəbul etmir.
Aldığı güllə yarasından komaya düşən və insult keçirməsi səbəbilə nevroloji olaraq danışıq qabiliyyətini itirən Christie nəhayət danışmağa başlayır. Məhkəmədə verdiyi ifadə bütün şübhələrə son qoyur.
Uşaq: -” Bizi anam vurdu” cümləsini qurdu. 1987-ci ildə həbsxanaya girən Diana sevgilisindən hamilə idi. Qız uşağı dünyaya gətirdi. Dövlət uşağı ondan aldı. Özünü isə ömurluk azadlıqdan məhrum etmə və əlavə 50 il cəza Hökmü ilə cəzalandırdı. Məhkumluğunun 3-cü ilində həbsxanadan qaçdı. 17 il azadlıqda gəzdi. Yenidən həbs olunub Salem həbsxanasına göndərildi. Diana bütün bunlara baxmayaraq hələ də “mən günahsızam” deməyə davam etdi. Christie və Danny ömürlük şikəst oldular. Danny aldığı güllə yarasından beldən aşağı iflic oldu və əlil arabasına məhkum qaldı.
Zaman-zaman qarşımıza çıxan bu tip qorxunc hadisələr sübut edir ki, doğma övladına qıyan insan qədər vəhşi canlı yoxdur.

Tərifə Şükürqızı
