Dəbdəbəli həyatından vaz keçib, “ot yeyib, vətəni qoruyaram” dedi.

1974-cü il. Artıq Hindistan nüvə silahına sahib idi. Belə bir üstünlük Asiyada sərhədlərin yenilənməsinə səbəb ola bilərdi. Xüsusiylə Hindistanın hədəfi olan Pakistan, ciddi təhdid altında idi. Hətta təhdid o qədər böyük idi ki, bir müsəlman xalq tamamilə məhv olunma qorxusu ilə üz-üzə idi.
Pakistanın qarşılaşdığı durum Hollandiyada dəbdəbəli həyat yaşayan, nüvə texnologiyası mühəndisi Əbdül Qədirxanın həyatının dönüş nöqtəsi oldu.
Həyatını ortaya qoyaraq, Hollandiya atom stansiyasının iş planını, layihələrini gizli şəkildə köçürərək, doğma vətəni Pakistana döndü. Məqsədi, Pakistanda nüvə silahını yaratmaq idi. Lakin ölkənin iqtisadi vəziyyəti çox acınacaqlı idi.
Silahı yaratmaq üçün nə labaratoriya, nə avadanlıq, nə də pul var idi. Bütün bu imkansızlıklara baxmayaraq Əbdül Qədirxan and içdi:-“Lazım gələrsə ot yeyərik, bu silahı yaradarıq”.
Baş nazir Zülfüqar Əli Buhuttonun əmri ilə, Əbdül Qədirxan çölün düzündə, məhdud imkanları olan laboratoriyada, mühəndis dəstəsi ilə işə başladı. Qərbin qoyduğu embarqo, kəşfiyyatın təqibləri onları durdura bilmədi. Könüllülər lazımı avadanlıqları gizli yollarla ölkəyə gətirməyə müvəffəq oldular. Sonunda Pakistan nüvə silahına sahib oldu. Pakistanın sahib olduğu nüvə silahı, əslində bir millətin müstəqillik pasportu idi.
Nəhayət 1988-ci il, 28 may tarixində Pakistan ilk nüvə silahını sınaqdan çıxartdı. Pakistan sübut etdi ki, dünya gücləri, ən əsası qonşusu Hindistandan gələcək təhlükəyə verəcək cavabı vardır. Ölkəsinin yeni uğuru barədə, kameralar qarşısında müsahibə verən Əbdül Qədirxanın bunu söylədi:-“Bu qələbə millətindir. Mən sadəcə vəzifəmi icra etdim”. Geriyə dönüb baxdıqda insan düşünməyə bilmir ki, Pakistan nüvə silahına sahib olmasaydı, bu gün bizə dost və müsəlman ölkəsi olaraq öz mövcudluğunu qoruyub saxlaya bilərdimi?

Tərifə Şükürqızı
