Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

Boz bazar və inflyasiya: SSRİ-nin dağınıq mirası

30 İyul 2026, 16:30 İqtisadiyyat
REKLAM728×90

Şok Terapiyası İqtisadiyyatı: SSRİ dağıldıqdan sonra keçid dövrü.

Faktum.az xəbər verir ki, 1990-cı illərin əvvəllərində SSRİ-nin dağılması ilə post-sovet məkanında tətbiq edilən “şok terapiyası” modeli müasir iqtisadiyyat tarixinin ən sərt və mübahisəli islahatlar dövrü kimi yadda qalmışdır.

Dövlət planlaşdırmasından azad bazar iqtisadiyyatına sürətli və ağrılı keçidi hədəfləyən bu siyasət – giperinflyasiya, qiymətlərin azad olunması, kütləvi özəlləşdirmə və əhalinin əmanətlərinin bir gecədə dəyərdən düşməsi ilə nəticələndi.

Polşada “Balseroviç planı” kimi nisbətən uğurlu nəticələr versə də, Rusiya və bir çox post-sovet ölkələrində sənaye istehsalının çökməsinə, dərin sosial böhrana və oliqarxik təbəqənin yaranmasına yol açan bu iqtisadi model, milyonlarla insanın həyat səviyyəsini kəskin aşağı salaraq keçid dövrünün ən ağır sınağına çevrildi.

REKLAM728×90
Paylaş: