Beynəlxalq Pişik Günü

Dördayaqlı dostlarımızın mühafizəsinə həsr olunan özəl gün
Faktum.az xəbər verir ki, avqustun 8-i bütün dünyada Beynəlxalq Pişik Günü (International Cat Day) kimi qeyd olunur. Bu xüsusi gün 2002-ci ildə Beynəlxalq Heyvan Rifahı Fondu (IFAW – International Fund for Animal Welfare) tərəfindən təsis edilib. 2020-ci ildən etibarən isə bu günün təşkilatçılığı və əlaqələndirilməsi Böyük Britaniyanın “International Cat Care” qeyri-hökumət təşkilatına həvalə olunub.
Əlamətdar günün əsas məqsədi ev və küçə pişiklərinə qayğının artırılması, saxlanma şəraitinin yaxşılaşdırılması, kütləvi şəkildə artımın tənzimlənməsi (kısırlaşdırma) və pənahsız heyvanların sığınacaqlardan övladlığa götürülməsini təşviq etməkdir.
Statistikaya görə, dünyada 600 milyondan çox ev pişiyi yaşayır. Müasir araşdırmalar göstərir ki, evdə pişik saxlamaq insan psixologiyasına müsbət təsir edir, stress səviyyəsini tənzimləyir və qan təzyiqini normada saxlamağa kömək edir.
Beynəlxalq Pişik Günündə bütün dünyada heyvansevərlər tərəfindən sığınacaqlara yardımlar olunur, küçə heyvanları üçün yemləmə aksiyaları keçirilir və maarifləndirici layihələr təşkil edilir.
