Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Azərbaycanda orta aylıq əməkhaqqı artıb

10 İyul 2026, 12:09 Sosial
728×90

Bu ilin yanvar-may aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 175 manat təşkil edib.

Faktum.az   Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % çoxdur.

Xatırladaq ki, yanvar-aprel aylarının yekununda ölkədə orta maaş 6,5 % artmışdı.

728×90
Paylaş:

Azərbaycanda orta aylıq əməkhaqqı artıb

10 Dekabr 2025, 14:06 İdman
728×90
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 9,4 % artaraq 1 086 manat təşkil edib.
Edliyyeinfo.az  bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Bu il noyabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 782,4 min nəfər olub, onlardan 865,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 916,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 18,8 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,1 %-i təhsil, 14 %-i sənaye, 8,6 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 %-i tikinti, 6,3 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 %-i nəqliyyat və anbar təsərrüfatı, 4 %-i peşə, elmi və texniki fəaliyyət, 2,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 %-i maliyyə və sığorta fəaliyyəti, 14,3 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
728×90
Paylaş: