Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Azərbaycanda bu vəzifəli şəxs hakim qarşısına çıxarılacaq – CİNAYƏT İŞİ

07 İyul 2026, 10:56 Kriminal
728×90

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinin rəis müavini – Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin rəisi vəzifəsini icra etmiş Mədətsoylu Niyam Etibar oğlunun qanunsuz əməlləri ilə bağlı keçirilən əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən   bildirilib ki, ibtidai istintaqla Niyam Mədətsoylunun 2022-2026-cı illərdə sözügedən vəzifədə işləyərkən sağlamlıq vəziyyətlərinə görə əvvəllər növbəti həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslərin təkrar tibbi müayinədən yayındırılması və digər məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla külli miqdarda pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Murad Əhmədova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrarən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.//unikal

728×90
Paylaş: