Haqqımızda Reklam Əlaqə
160×600
160×600

ATALIQ QANUNLA NECƏ MÜƏYYƏN EDİLİR?

28 Oktyabr 2026, 09:45 Özəl
728×90

Uşağın atası olmaq yalnız bioloji bağlılıq demək deyil. Atalığın hüquqi baxımdan müəyyən edilməsi də mühüm əhəmiyyət daşıyır.

Bəs uşağın valideynləri rəsmi nikahda deyillərsə, atalıq necə müəyyən olunur? Bunun üçün mütləq DNT testi tələb edilirmi?

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44-cü maddəsinə əsasən, nikah dövründə doğulan uşağın atası, başqa sübutlar yoxdursa, ananın əri hesab edilir. Bu qayda nikahın pozulmasından, etibarsız sayılmasından və ya atanın ölümündən sonrakı 300 gün ərzində doğulan uşaqlara da şamil olunur.

Bəs valideynlər rəsmi nikahda deyillərsə?

Belə hallarda atalığın müəyyən edilməsinin iki əsas yolu mövcuddur.

Birinci yol – könüllü qaydada.

Ata və ana birgə ərizə ilə müvafiq dövlət qeydiyyatı orqanına müraciət edərək atalığı rəsmiləşdirə bilərlər. Bunun üçün DNT testinin keçirilməsi mütləq tələb deyil.

İkinci yol – məhkəmə qaydasında.

Tərəflər arasında razılıq olmadıqda atalıq məhkəmə vasitəsilə müəyyən edilə bilər.

Ailə Məcəlləsinin 45-ci maddəsinə əsasən, məhkəmə uşağın konkret şəxsdən törəməsinə dair mötəbər sübutları qiymətləndirir.

Burada mühüm bir məqam var: atalığın müəyyən edilməsi üçün hər bir halda DNT testinin keçirilməsi məcburi deyil. Məhkəmə digər sübutlara da əsaslana bilər.

Atalığın hüquqi qaydada müəyyən edilməsi uşağın aliment, vərəsəlik və digər qanuni hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Unutmayaq: Atalıq yalnız məsuliyyət deyil, həm də qanunla qorunan hüquq və vəzifələrin mənbəyidir.

 

Hüquqşünas – Mediator Zaur Quliyev

 

728×90
Paylaş: