Saatlının Əbil kəndində YAP-ın VIII Qurultayının qarşıya qoyduğu vəzifələr müzakirə olunub – FOTOLAR

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının “Əbil” ərazi partiya təşkilatında Prezident, partiyanın Sədri cənab İlham Əliyevin VIII qurultayındakı nitqində irəli sürülən məsələlər və qarşıdakı dövr üçün müəyyən etdiyi fəaliyyət istiqamətlərinə həsr olunmuş tədbir keçirilib.
Xeberaz.info xəbər verir ki,tədbir iştirakçıları ilk öncə müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə YAP Saatlı rayon təşkilatının əməkdaşı Kənan İslamov, “Əbil” ərazi partiya təşkilatının sədri Fərhad Səfərov, partiya fəalları Bayraməli Əliyev və Fəxrəddin Əliyev Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin 2 oktyabr 2026-cı il tarixində keçirilən YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqinin mühüm əhəmiyyətini diqqətə çatdırıblar. Bu xüsusda, “Əbil” ərazi partiya təşkilatında təşkil olunan görüşdə qurultayda bəyan edilən hədəflər, qarşıda duran prioritet vəzifələr və partiyanın gələcək inkişaf strategiyası ətrafında ətraflı müzakirələr aparılıb. Çıxış edənlər qurultayda verilən tapşırıq və tövsiyələrin gündəlik fəaliyyətdə əsas meyarlar kimi rəhbər tutulmasının vacibliyini qeyd ediblər.
Görüşün sonunda ərazi partiya təşkilatının cari işləri nəzərdən keçirilib və qarşıdakı dövr üçün müvafiq fəaliyyət istiqamətləri müəyyənləşdirilib.





