Hakim futbolçunu bıçaqladı

Futbol idman növündən çox, dünyanı özünə əsir etmiş bir azartdır. Dünya futbol klublarının qarşılaşmalarında böyük əksəriyyətlə azarkeşlər arasında şiddətli qarşıdurma halları yaranır. Bizim anlatacağımız hekayədə yaşanan qarşıdurma azarkeşlər arasında deyil, birbaşa futbol meydançasında hakim ilə oyunçu arasında oldu.
Braziliya futbolu ilə dünyada ad çıxaran ölkələrin önündə gəlir. Hər tində, hər məhəllədə həvəskar qeyri-rəsmi futbol komandaları təşkil olunur. Yaşanan o dəhşətli hadisə də məhz belə oyunların birində gerçəkləşdi.
30 iyun 2013-cü ildə Braziliyanın Maranyan ştatının Rio XII bələdiyyəsinin təşkil etdiyi həvəskar oyunların biri keçirilirdi. Oyunu idarə edən 20 yaşlı həvəskar hakim Otavio Jordao da Silva idi. Hakim da Silva 31 yaşlı oyunçu Josenir dos Santos Abreuya qırmızı vərəqə göstərdi. Oyunçu meydanı tərk etmədi və yumruq zərbəsi ilə hakimə qarşılıq verdi. Hakim da Silva üzərində saxladığı bıçaqla oyunçuya səkkiz zərbə endirdi. Xəstəxanaya qaldırılan Abreu yolda vəfat etdi.
Bunu duyan azarkeşlər bir anda futbol meydançasına hücum etdi. Hakim daş-qalaq edilərək öldürüldü. Cəsədi tikələrə ayrıldı, sonunda başı kəsilib ağaca keçirildi və meydançanın ortasına sancıldı. Braziliyada baş verən bu dəhşətli hadisə dünyada böyük səs-küyə səbəb oldu.
Nəticəyə gəlincə, bir azart uğruna iki gənc insanın həyatı dəhşətli şəkildə bitdi. Dünya isə hər gün futbol biznesi ilə milyardları özünə bağlayır. Gəlin siz siz olun, heç bir əyləncəyə azart olacaq şəkildə aludə olmayın.

Tərifə Şükürqızı
