Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Beynəlxalq Animasiya Günü: Animasiya Sənətinin Sehrli Dünyası

28 Oktyabr 2026, 08:30 Mədəniyyət
728×90

Faktum.az xəbər verir ki, hər il oktyabrın 28-i bütün dünyada Beynəlxalq Animasiya Günü kimi qeyd olunur. Bu əlamətdar tarix təsviri sənətin və kinematoqrafiyanın ən maraqlı sahələrindən biri olan animasiya sənətinin yaranmasına, inkişafına və cèmiyyətə qatdığı mədəni dəyərə həsr olunmuşdur.

Beynəlxalq Animasiya Günü 2002-ci ildə Beynəlxalq Animasiya Film Assosiasiyası (ASIFA) tərəfindən təsis edilmişdir. Tarixin məhz oktyabrın 28-nə təsadüf etməsi təsadüfi deyil. 1892-ci ilin bu günündə fransız rəssamı və ixtiraçısı Emil Reyno Parisdə özünün uydurduğu “Optik teatr” aparatını nümayiş etdirərək ictimaiyyətə ilk dəfə hərəkətli rəsmlər – animasiya təqdim etmişdir. Bu mühüm hadisə kino tarixinin ilk cizgi filmi nümayişi hesab olunur.

Hər il bu tarixdə dünyanın müxtəlif ölkələrində animasiya festivalları, sərgilər, ustad dərsləri və unikal cizgi filmlərinin nümayişləri təşkil edilir. Bu günün əsas məqsədi animasiya sənətçilərinin əməyini qiymətləndirmək, bu yaradıcılıq sahəsinin bədii və texnoloji imkanlarını geniş kütlələrə tanımaq, həmçinin uşaqlıq illərimizin ayrılmaz hissəsi olan cizgi filmlərinin vizual dilinin gücünü bir daha önə çəkməkdir.

728×90
Paylaş: