Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Saatlıda YAP-ın VIII Qurultayının və 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün qeyd – FOTOLAR olunmasına həsr edilmiş tədbir keçirilib

27 Oktyabr 2026, 18:20 Cəmiyyət
728×90

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Saatlı rayonu üzrə nümayəndəliyində (“12 saylı” ərazi partiya təşkilatı) Prezident, partiyanın Sədri cənab İlham Əliyevin VIII qurultayındakı nitqində irəli sürülən məsələlər və qarşıdakı dövr üçün müəyyən etdiyi fəaliyyət istiqamətlərinə, həmçinin 18 Oktyabr- Müstəqilliyin Bərpası Günü ilə bağlı tədbir keçirilib.

Xeberaz.info xəbər verir ki, tədbir iştirakçıları ilk öncə müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov çıxış edərək bildirdi ki, 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü Azərbaycan xalqının azadlıq mücadiləsinin və dövlətçilik tarixinin şanlı səhifələrindən biridir. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində bu müstəqillik dönməz və əbədi xarakter almış, dövlətimiz məhv olmaq təhlükəsindən xilas edilmişdir. Vurğulandı ki, YAP-ın VIII Qurultayı isə müstəqil dövlətimizin yeni inkişaf mərhələsindəki strateji hədəflərini müəyyən edərək siyasi sistemimizin daha da güclənməsinə mühüm töhfə vermişdir. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü və suverinliyi tam bərpa etmiş Azərbaycan 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü daha qürurla, qalib xalq kimi qeyd edir.

Daha sonra çıxış edən Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva bildirdi ki, bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi nəticəsində Azərbaycan öz suverenliyini tam təmin etmiş və qalib dövlət kimi regionun aparıcı qüvvəsinə çevrilmişdir. Müzəffər Ali Baş Komandanın yürütdüyü strateji xətt ölkəmizin beynəlxalq müstəvidəki mövqelərini daha da gücləndirir, xalqımızın təhlükəsiz və firavan sabaha inamını daha da artırır.

Tədbir iştirakçıları – Sakit Bağırov, Bəylər Əliyev və Sürayə Zeynalova çıxış edərək bildirdilər ki, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün qeyd olunması tarixi ədaləti zəfərlə tamamlayaraq öz azadlıq və dövlətçilik bayramını artıq məğrur, qalib və bütöv bir ölkə olaraq yaşamasının ən bariz göstəricisidir.

image-74df1736-493e-4e2f-b3d3-a763f8d8541eimage-ee3df50b-8f43-4cbf-97f7-39aee3d73300image-b7c33916-d08d-44b2-924a-a4d437559c6aimage-e1f99378-9123-4367-b695-33ccafe7d82aimage-a6bed11e-a36e-4e1e-a442-2ad3d3c584eaimage-a175e7ad-0ef0-4600-abd6-171d1f9af652

 

728×90
Paylaş: