Azərbaycan bu göstəriciyə görə dünyada üçüncü oldu

“”Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ÜDM-in 5 faizindən bir az artıq olan xarici borcumuzun dünyada ən aşağı borclardan olduğunu bildirdi. Xarici borcun ÜDM-dəki nisbəti iqtisadi təhlükəsizlik baxımdan əsas meyarlardandır”.
Faktum.az xəbər verir ki. bunu itisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, World Economics-in statistikasına əsasən, bu göstəriciyə görə Azərbaycan dünyada ən yaxşı üçlükdədir:
“Söhbət xarici borc almaq potensialı olan dövlətlərdən gedir. Xarici borcun ÜDM-dəki payının birrəqəmli olduğu ölkələrin sayı isə cəmi doqquzdur. Xarici borcun ÜDM-ə nisbətinin aşağlığına görə Azərbaycan Avropada ən yaxşı göstəriciyə malikdir. ÜDM-ə nisbətdə ən yüksək borc asıllığı Avropada Luksemburq, Malta və Kiprdədir. ÜDM-ə nisbətən daha çox borcu olan dövlətlər onluğunu Fransa qapayır. Fransada xarici borc ÜDM-dən 2.6 dəfə çoxdur. Azərbaycanın strateji valyuta ehtiyatları hazırda 89.4 milyard milyon dollardır və xarici dövlət borcunu 20 dəfə üstələyir. Bu ölkə üçün möhkəm iqtisadi təhlükəsizlik yastığının olmasından xəbər verir”.
