Rusiya Paşinyanın səfərinə hazırlaşır – Peskov açıqladı

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri əvvəlcədən razılaşdırılıb və hazırlıqlar gedir”.
Faktum.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov jurnalistlərə Paşinyanın Rusiyaya səfərinin gözlənilib-gözlənilməməsi ilə bağlı sualı cavablandırarkən bildirib ki, “Biz səfərə hazırlaşırıq; bu barədə əvvəlcədən razılaşdırılmışdı. Əlavə açıqlama verəcəyik”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri dekabrın 3-nə planlaşdırılıb.
