Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Bağışlamağın da sərhədi var

03 Oktyabr 2026, 13:00 Gündəm
728×90

İnsan münasibətlərində səhv qaçılmazdır. Bəzən düşünmədən deyilən bir söz, diqqətsizlik, emosional anda verilmiş yanlış qərar münasibətlərə zərər vura bilər. Belə hallarda bağışlamaq münasibəti qoruyan ən böyük güclərdən biridir.

Amma hər səhv eyni deyil.

Bir dəfə edilən səhvlə davamlı təkrarlanan davranış arasında fərq var. Səhvini anlayıb məsuliyyət götürən insanla, hər dəfə eyni hərəkəti edib sonra sadəcə “məni bağışla” deyən insanı eyni qiymətləndirmək olmaz.

Bəzən insan ailəsi dağılmasın deyə susur. Uşaqları düşünür, illərin xatirəsini düşünür, “bəlkə dəyişər” deyə ümid edir. Bir dəfə bağışlayır, sonra bir də…

Amma elə bir məqam gəlir ki, bağışlamaq münasibəti xilas etməkdən çıxır və qarşı tərəfin davranışını davam etdirməsinə şərait yaradır.

Bağışlanması səhv var, bağışlanmayası səhv var.
Bağışlanmayası səhvi edən insan elə əldəki toz kimidir…

Sevdiyimiz insanın hər davranışını “səhvdir” adı altında qəbul etmək məcburiyyətində deyilik. Davamlı yalan, xəyanət, təhqir, alçaltma, zorakılıq, təhdid və psixoloji təzyiq münasibətin sağlamlığını ciddi şəkildə sarsıda bilər.

Bağışlamaq başqa şeydir, özünü itirmək başqa.

Ailəni qorumaq vacibdir. Amma ailəni qorumaq yalnız nikahın formal şəkildə davam etməsi deyil. Sağlam ailə qarşılıqlı hörmət, etibar, məsuliyyət və təhlükəsizlik üzərində qurulur.

Bəzən ailəni qorumaq üçün bağışlamaq lazımdır.

Bəzən isə özünü qorumaq üçün sərhəd qoymaq.

Hüquqşünas | Mediator
Zaur Quliyev

728×90
Paylaş: