Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Manipulyasiya və asılılıq tələsi: Karpman dram üçbucağı

17 Sentyabr 2026, 14:30 Cəmiyyət
728×90

Faktum.az xəbər verir ki, psixologiyada və tranzaksion analizdə fərqlər arası münasibətlərdə yaranan destructiv rolları izah edən “Karpman dram üçbucağı”, 1968-ci ildə amerikalı psixoterapevt Stiven Karpman tərəfindən irəli sürülmüşdür.

Bu psixoloji model mənfi emosional asılılığa dayanaraq insanların şüursuz şəkildə üç əsas rol arasında keçid etdiyini göstərir:

Qurban (çarəsiz görünərək məsuliyyətdən qaçan), Təqibçi (tənqid edən, təqsirləndirən və təzyiq göstərən) və Xilaskar (öz ehtiyaclarını unudaraq başqalarını xilas etməyə çalışan, lakin əslində onların asılılığını saxlayan).

Triada daxilində tərəflər sabit qalmır; zamanla Xilaskar yorulub Təqibçiyə, Qurban inciyib Təqibçiyə və ya Təqibçi peşman olub Qurbana çevrilə bilir. Karpman üçbucağının əsas mexanizmi real problemləri həll etmək deyil, emosional manipulyasiya vasitəsilə psixoloji fayda (diqqət, güc, təqsirsizlik hissi) əldə etməkdir. Psixoloqlar bu zərərli dövrandan çıxmağın tək yolunu fərdlərin öz emosional ehtiyaclarının fərqinə varmasında, fərdi məsuliyyəti üzərinə götürməsində və “Qurban-Xilaskar-Təqibçi” zəncirini qıraraq konstruktiv ünsiyyətə keçməsində görürlər.

728×90
Paylaş: