Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Vaterlo dişləri və ya Protez dişlərin qorxunc tarixi

18 Avqust 2026, 10:06 Cəmiyyət
728×90

İnkivizasiya dövrünün bitməsi ilə, sürətlə moda və dəbdəbə göstərişi ardına düşən Avropa elitası, görkəmlərini qorunmaq üçün hər bir cinayətə əl atmaqdan çəkinmirdilər. Tökülən saçlarını gizlətmək və əzəmətli görüntü yaratmaq üçün, kölələşdirdikləri ölkələrin qadınlarının uzun saçlarını kəsərək, parik düzəldirdilər.

Çürüyən dişlər üçün isə, çarə düşünmək lazım idi. Bunun üçün sağlam dişlər tələb olunurdu.
Müharibə və ölən cavan əsgərlər “gözəl qazanc yeri” idi.
1815-ci ii 18 iyunda başlayan Vaterlo döyüşü Avropa diş bazarına böyük sərmayə qazandırdı.
Bonapart Napaleon Birləşmiş Krallıq orduları ilə Prussiya Yeddinci Koloniyası arasında gedən müharibədə ölən gənc əsgərlərinin cəsədləri, adətən leş yeyənlər kimi, diş həkimləri və soyğunçular tərəfindən didişdirildi.
50 mindən artıq gənc insan dişləri sökülərək diş protezleri düzəldildi. Düzəldilən dişləri ancaq Avropanın varlı insanları əldə edə bilirdilər. Olduqca bahalı olan bu dişlər, tarixə ilk protez diş kimi düşdü.
Sonradan mənbəyindən asılı olmayaraq əldə olunan bütün dişlər Vaterlo protezi adını aldı.
Tarixin qaranlıq və utanc verici səhifələri önümüzə çıxdıqca, insan ən ali varlıqdır deməyə utanıram.
Nəfsinə köle olan insan yaranmışların ən yırtıcısıdır desək sanıram yanılmarıq.


Tərifə Şükürqızı

728×90
Paylaş: