Günahı Quranı tərcümə etmək idi

Ötən yazımızda Şərq Türküstanda, Çin komünist partiyasının uygur türklərinə qarşı yürütdüyü düşmənçilik, soyqırım siyasətindən ötəri bəhs etdik.
Bu gün o qurbanlardan biri haqqında sizlərə bəhs etmək istəyirik.
Məhəmməd Salih Danolla
Adı kimi əməlləri də saleh olan Məhəmməd Salih mömin, savadlı din xadimi idi. Çin komünist dövləti hər nə qədər Uyğur türklərini dinindən, dilindən uzaqlaşdırmağa çalışsa da Məhəmməd Salih Danolla təzyiqlərə qarşı gələrək, Qurani-Kərimi doğma dilinə tərcümə etdi. Məscidləri muzeyə çevirən, namazı qadağan edən, uyğur uşaqlarını ailələrindən zorla alıb, düşərgələrdə kâfir olaraq yetişdirib, soy-kökünü unutdurmağa çalışan Çin dövlətində, İslamın konstitusiyası, Quranı ana dilinə tərcümə etmək, dövlətə bağışlanmaz “xəyanət” idi.
Çin komünist partiyası, Damollanı “terrorist” damğası ilə damğalayır. Ardından “uyğurlara mərhəmət yox”, deyərək, 2018-ci ildə alimi həbs etdi. 82 yaşlı Məhəmməd Salih Danolla 40 gün gecə-gündüz işgəncəyə məruz qaldı və nəhayətdə şəhid oldu. Eyni zamanda kim Quran oxudu, öyrətdi hamısı düşərgələrə toplanıb qətl edildi. Alimin özü kimi alim qızı da atasının aqibətini yaşadı.
Ən dəhşətlisi isə, ata ilə qızın nəşi ailəyə verilmədi. İşgəncələrin izlərini itirmək üçün ata ilə qızın cəsədləri yandırıldı.
Bu gün Çin dövləti ABŞ-yə qarşı durmaq üçün, müsəlmanlardan dəstək alır. Öz ölkəsində isə qətlə yetirdiyi toplu müsəlmanlara, dünya müsəlmanları göz yumur.
Şərqi Türküstanda qətl edilən uyğur türklərinə dünya göz yumsa da, gəlin biz onların səsi olaq. Türk olaraq bu bizim borcumuzdur.
Tərifə Şükürqızı
