Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

İnk imperiyasının itkin şəhəri: Maçu Pikçunun gizli qalan tarixi

30 İyul 2026, 09:45 Dünya
REKLAM728×90

Faktum.az xəbər verir ki, dəniz səviyyəsindən 2430 metr yüksəklikdə, Peru And dağlarının dumanlı zirvələrində ucalan Maçu Pikçu İnk imperiyasının müəmmalı və ən heyranedici irsi kimi qalmaqdadır.

XV əsrin ortalarında İnk imperatoru Paçakutek tərəfindən tikildiyi ehtimal edilən bu şəhər nəhəng daş blokların harçsız və mükəmməl şəkildə birləşdirilməsi ilə inşa olunmuş memarlıq möcüzəsidir. XVI əsrdə İspaniya conquistadorları (işğalçıları) Perunu ələ keçirdikdə Maçu Pikçunu heç vaxt tap bilmədikləri üçün şəhər dağıdılmaqdan xilas olmuş və əsrlərlə sıx meşəliklərin qoynunda gizli qalaraq “İnk imperiyasının itkin şəhəri” adını almışdır.

1911-ci ildə amerikalı tədqiqatçı Hayram Bingem tərəfindən yenidən kəşf edilən şəhərin tam olaraq hansı məqsədlə – imperatorun yay iqamətgahı, dini-astronomik mərkəz, yoxsa müqəddəs sığınacaq kimi istifadə edildiyi bu gün də alimlər arasında geniş mübahisə mövzusu olaraq qalır. Günümüzdə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilən və Dünyanın Yeni Yeddi Möcüzəsindən biri seçilən Maçu Pikçu həm İnk sivilizasiyasının yüksək mühəndislik bacarığını nümayiş etdirir, həm də tarixin tam açılmamış sirli səhifəsi kimi hər il milyonlarla səyahətçini özünə cəlb edir.

REKLAM728×90
Paylaş: