Qurğuşunu qızıla çevirmək həvəsi, yoxsa ilk kimya elmi?

Faktum.az xəbər verir ki, əsrlər boyu cadugərlik, mistika və asan varlanmaq həvəsi kimi qəbul edilən Alkimya (Simya), əslində müasir kimya elminin bünövrəsini qoyan ən mühüm intellektual keçid mərhələsidir. Antik Misir, Yunanıstan, Çin və xüsusilə İslamın Qızıl Dövründə formalaşan bu təlim, zahirən değərsiz metalları (məsələn, qurğuşunu) “Fəlsəfə daşı” (Philosopher’s Stone) vasitəsilə qızıla çevirmək və ölməzlik iksirini tapmaq məqsədi daşıyırdı.
Lakin bu mistik pərdənin arxasında böyük bir laboratoriya təcrübəsi yatırdı. Cabir ibn Həyyan (Geber) və Əbu Bəkr ər-Razi kimi dahi İslam alkimyaçıları qızıl düzəltmək xəyalı ilə çalışarkən qatılama, distillə (damıtma), kristallaşdırma və süzmə kimi fundamental laboratoriya üsullarını kəşf etdilər. Onlar kükürd, civə, azot turşusu və xlorid turşusu kimi maddələri ilk dəfə sintez edərək kimyəvi reaksiyaların qanunauyğunluqlarını qeydə aldılar.
Alkimyaçılar maddənin transformasiyasına inanmaqla yanaşı, həm də insanın ruhən təmizlənməsini hədəfləyirdilər; qurğuşun insanın xam və qüsurlu halını, qızıl isə mükəmməlləşmiş ruhunu rəmzi olaraq ifadə edirdi. XVII əsrdə Robept Boyl və İshaq Nyuton kimi alimlərin fəaliyyəti ilə alkimya mistik örtüyündən sıyrılaraq elmi eksperimentlərə dayanan modern Kimya elminə çevrildi. Məhz bu səbəbdən, alkimyanı sadəcə xurafat deyil, bəşəriyyətin təbiəti anlamaq yolunda atdığı ilk təcrübəvi elmi addım hesab etmək lazımdır.
