Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

“İliada”, yoxsa “Odisseya”? Hansı Homer dastanı daha üstündür?

06 İyul 2026, 12:00 Dünya
REKLAM728×90

Faktum.az “Bloomberg” agentliyində tanınmış ədəbiyyatşünas Daniel Mendelsonun imzası ilə dərc olunmuş və böyük maraq doğuran məqaləni təqdim edir.

Əsrlərdir oxucular və ədəbiyyatşünaslar Homerin hansı epik dastanının daha möhtəşəm olduğunu müzakirə edirlər, lakin əslində bu qədim bəhs dastanların özündən daha çox, bizim daxili dünyamız və xarakterimiz haqqında çox şey deyir. Siz “İliada” insanısınız, yoxsa “Odisseya”?

Bu, ədəbiyyat tarixinin ən qədim və eyni zamanda ən prinsipial suallarından biridir. Kor ustad Homer tərəfindən qələmə alındığına inanılan, Troya müharibəsi və onun fəsadlarından bəhs edən bu iki dastan Qərb mədəniyyətinin üzərində yüksəldiyi iki əsas sütundan biridir. Bu iki nəhəng əsər birlikdə insan təcrübəsinin – faciədən tutmuş komediyaya qədər – bütöv bir mənzərəsini yaradır. Faktiki olaraq, bütün qədim yunan ədəbiyyatı və dolayısı ilə o dövrdən bəri yaranan dünya ədəbiyyatının böyük bir hissəsi məhz Homerin poemalarından qaynaqlanır. Onların süjet xətləri və xarakterləri lirik şairlərdən tutmuş dramaturqlara və filosoflara qədər hər kəs üçün tükənməz bir mənbə olub, dönə-dönə işlənib və şərh edilib. Romalılar da istisna deyildi: Vergilinin “Eneida”sı – hansı ki, “İliada”dakı kiçik bir obrazı götürüb həm “İliada”, həm də “Odisseya”nın motivləri əsasında yeni bir dastan qəhrəmanına çevirmişdi – XIX əsrə qədər Avropa mədəniyyətinin ən vacib poetik sütunu olub və saysız-hesabsız yazıçıya ilham verib. İstəsəniz belə, özünüzü “İliada” vand “Odisseya”nın təsirindən təcrid edə bilməzsiniz. Bəs onlardan hansı daha dərindir? Siz hansını daha çox bəyənirsiniz və niyə? Bu suallar bir çox insan üçün böyük məna kəsb edir, çünki etdiyimiz seçimin əslində kim olduğumuzu nümayiş etdirdiyinə inanırıq.

Dastanların mövzusu və fəlsəfəsi bir-birindən kəskin şəkildə fərqlənir. “İliada” bir müharibə dastanıdır; o, zorakılığın şöhrət naminə təbii bir vasitə sayıldığı bir dünyada, bir ovuc yunan və troya döyüşçüsünün öz fanilikləri, yəni ölümləri ilə barışmaq mübarizəsindən bəhs edir. Əsər insanın ölüm qarşısında və yaxınlarının itkisi zamanı nələr hiss etdiyini araşdırır. “Odisseya” isə bir müharibəsonrası hekayəsidir; burada hiyləgər yunan qəhrəmanı Odisseyin bəzən qorxulu, bəzən isə cəlbedici sınaqlardan keçərək düz 10 il boyu evinə qayıtmaq üçün verdiyi mübarizə təsvir olunur. Bu süjet oxucunu əbədi bir sualla üz-üzə qoyur: Macəranın şirinliyi, yoxsa evə olan intizar və bağlılıq? Ədəbiyyatşünasların fikrincə, bu iki əsərə münasibət fərqlidir.

“İliada” oxucunu birbaşa döyüş meydanına, hadisələrin mərkəzinə atır. Orada hər bir əsgərin ölüm anı, keçmişi və taleyi elə təsirli təsvir olunur ki, oxucu dərhal hadisəyə emosional bağ qurur. “Odisseya” isə daha çox fantastik elementlərlə zəngindir – burada cadugərlər, dəniz canavarları, adamyeyən nəhənglər və sehrli pərilər var. O, bir növ “müharibə dramı” ilə “fantastik macəra”nın müqayisəsi kimidir. Məhz buna görə də bir çox oxucu “Odisseya”nı həyatı yaşamağa dəyər edən amillərin axtarışı, “İliada”nı isə qaçılmaz son qarşısındakı insan əzəməti kimi xarakterizə edir.

Sizin seçiminiz hansıdır? Səyahətin və macəranın cazibəsi, yoxsa dramatizm və insan taleyinin amansız reallığı?

REKLAM728×90
Paylaş: