Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Yeni avtovağzal xidmətləri istifadəyə verilir

02 Sentyabr 2026, 18:26 Ölkə
728×90

Sentyabrın 4-dən “Azerbaijan Ground Services” MMC tərəfindən Kürdəmir və İmişli rayonlarında yeni avtovağzal xidməti təşkil ediləcək. Məqsəd bu rayonlardan paytaxta və ölkənin digər şəhər və rayonlarına sərnişin daşımaları sahəsində nizamlı və qanunauyğun fəaliyyətin təmin edilməsidir.

Faktum.az  xəbər verir ki, səfəröncəsi bütün avtobuslar texniki, sürücülər isə tibbi müayinədən keçiriləcək. Xətlərə çıxan avtobuslara real vaxt rejimində nəzarət olunacaq.

Vətəndaşlar biletləri “biletim.az” portalı üzərindən onlayn qaydada və kassalardan əldə edə bilərlər.

Yeni xidmətin təşkili sərnişin məmnunluğunun daha da artırılmasına xidmət edir.

728×90
Paylaş: