Haqqımızda Reklam Əlaqə
160×600
160×600

769 811 üzvü olan Yeni Azərbaycan Partiyası

22 Noyabr 2026, 21:56 Cəmiyyət
728×90

769 811 üzvü olan Yeni Azərbaycan Partiyası

Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmişdir. Azərbaycanın mürəkkəb ictimai-siyasi şəraitində yaranan partiya qısa müddət ərzində geniş ictimai dəstək qazanaraq ölkənin siyasi həyatında mühüm mövqeyə sahib olmuşdur. Təsis olunduğu gündən etibarən müxtəlif sosial təbəqələri, peşə qruplarını, ziyalıları, gəncləri və qadınları öz sıralarında birləşdirən YAP təşkilati baxımdan davamlı inkişaf yolu keçmişdir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi ənənələr əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ötən illər ərzində ölkənin müxtəlif bölgələrində geniş təşkilati şəbəkə formalaşdırmışdır. Partiyanın sıralarına yeni üzvlərin qəbul edilməsi, yerli təşkilatların fəaliyyətinin genişləndirilməsi və gənclərin ictimai-siyasi proseslərə cəlb olunması təşkilati inkişafın əsas istiqamətlərindən olmuşdur.

2026-cı il oktyabrın 1-nə olan məlumata əsasən, Yeni Azərbaycan Partiyasının 4953 ərazi partiya təşkilatı üzrə ümumilikdə 769 811 üzvü qeydə alınmışdır. Onlardan 398 568 nəfərini qadınlar, 43 379 nəfərini isə 18–29 yaşlı gənclər təşkil edir. Bu rəqəmlər partiyanın üzvlük strukturunun genişliyini və müxtəlif sosial qrupların təşkilatda təmsil olunduğunu göstərir. 2021-ci il martın 5-dən 2026-cı il oktyabrın 1-dək partiya sıralarına 95 379 nəfər yeni üzv qəbul edilmişdir.

Yeni Azərbaycan Partiyasının təşkilati və siyasi inkişafında 2026-cı il oktyabrın 2-də keçirilmiş VIII qurultay xüsusi əhəmiyyət daşıyır. Qurultayda partiyanın ötən dövrdəki fəaliyyəti, əldə edilmiş nəticələr, ölkənin yeni ictimai-siyasi və geosiyasi reallıqları, eləcə də qarşıdakı dövr üçün müəyyənləşdirilən vəzifələr müzakirə olunmuşdur. Partiyanın üzvlük strukturunda gənclərin təmsilçiliyi xüsusi diqqət çəkən məqamlardandır. Gənc nəslin ictimai-siyasi fəaliyyətə cəlb edilməsi, onların təşkilati idarəetmə və ictimai təşəbbüslərdə iştirakının genişləndirilməsi partiyanın gələcək inkişafı baxımından mühüm istiqamət hesab olunur. Gənclərin fəallığı yeni ideyaların və təşəbbüslərin irəli sürülməsinə, müxtəlif ictimai layihələrin həyata keçirilməsinə imkan yaradır. Qadınların partiya sıralarında geniş təmsil olunması da təşkilati fəaliyyətin mühüm xüsusiyyətlərindəndir. 398 568 qadının YAP üzvü olması onların ictimai-siyasi proseslərdə iştirakının miqyasını göstərən göstəricidir. Qadınların müxtəlif rəhbər vəzifələrdə, yerli təşkilatlarda və ictimai layihələrdə iştirakı cəmiyyətin idarəetmə proseslərində təmsilçiliyinin genişləndirilməsi baxımından əhəmiyyətlidir.

Eyni zamanda, Yeni Azərbaycan Partiyasının ərazi təşkilatları ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərərək yerli səviyyədə təşkilati işlərin əlaqələndirilməsini təmin edir. Bu strukturlar üzvlərlə işin təşkili, vətəndaşlarla görüşlərin keçirilməsi, ictimai müraciətlərin öyrənilməsi və partiyanın müəyyən etdiyi fəaliyyət istiqamətlərinin həyata keçirilməsində iştirak edirlər. Belə təşkilati şəbəkə partiyanın ölkə miqyasında fəaliyyətinin əlaqələndirilməsinə xidmət edir. Yeni Azərbaycan Partiyasının 769 811 üzvü birləşdirməsi onun 1992-ci ildə 550 nəfərin iştirakı ilə keçirilmiş təsis konfransından başlayan təşkilati inkişaf yolunun mühüm göstəricisidir. Təsis olunduğu dövrdən bu günədək partiyanın üzvlərinin sayının artması, ərazi təşkilatlarının genişlənməsi və müxtəlif sosial qrupların təmsilçiliyinin təmin olunması onun təşkilati tarixinin əsas xüsusiyyətlərindəndir.

 

Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri

728×90
Paylaş: