Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Sosial infrastrukturla bağlı layihələr uğurla icra edilir

24 Sentyabr 2026, 10:18 Cəmiyyət
728×90

Sosial infrastrukturla bağlı layihələr uğurla icra edilir.

 

İnsanların gündəlik həyatına ən çox təsir edən məsələlərdən biri yaşadığı ərazidə hansı şəraitin yaradılmasıdır. Yaxınlıqda məktəbin, tibb müəssisəsinin, rahat yolun, içməli suyun və digər zəruri xidmətlərin olması insanların həyatını xeyli asanlaşdırır. Bu baxımdan sosial infrastrukturun yenilənməsi və müasir tələblərə uyğunlaşdırılması hər bir ölkənin inkişafında mühüm yer tutur.

Azərbaycanda da bu istiqamətdə son illərdə genişmiqyaslı işlər görülür. Şəhər və rayonlarla yanaşı, kəndlərdə də sosial obyektlərin tikintisi, təmiri və yenilənməsi davam etdirilir. Məktəblər, xəstəxanalar, yollar, su və digər kommunal sistemlər üzrə həyata keçirilən layihələr insanların yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəlib. Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxışı zamanı ölkənin ümumi inkişafı ilə bağlı məsələlərə toxunub. Dövlət başçısının diqqət yetirdiyi istiqamətlərdən biri də iqtisadi inkişafla yanaşı, insanların sosial rifahının və yaşayış şəraitinin yaxşılaşdırılmasıdır.

Sosial infrastruktur layihələrinin əhəmiyyəti xüsusilə regionlarda daha aydın görünür. Yeni məktəblərin tikilməsi və mövcud məktəblərin əsaslı təmiri şagirdlərin daha yaxşı şəraitdə təhsil almasına imkan verir. Tibb müəssisələrinin yenilənməsi əhalinin tibbi xidmətlərdən daha rahat istifadə etməsinə şərait yaradır. Kənd və rayon yollarının təmiri isə həm insanların gündəlik gediş-gəlişini asanlaşdırır, həm də iqtisadi fəallığın artmasına kömək edir. İçməli su, qaz və elektrik təminatının yaxşılaşdırılması da insanların yaşayış səviyyəsinə birbaşa təsir edən məsələlərdəndir. Bu sahələrdə görülən işlər nəticəsində müxtəlif yaşayış məntəqələrində kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün imkanlar yaranır. Sosial infrastrukturun inkişafı ölkənin iqtisadi imkanları ilə də sıx bağlıdır. İqtisadiyyatın müxtəlif sahələrində yeni layihələrin həyata keçirilməsi dövlətin sosial layihələr üçün imkanlarını artırır. Digər tərəfdən, yeni sənaye müəssisələrinin yaradılması həmin ərazilərdə yol, enerji, su və digər infrastrukturun inkişaf etdirilməsini də zəruri edir.

Bu baxımdan 2027–2030-cu illər üçün dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının da regionların inkişafına müəyyən təsirlərinin olması gözlənilir. Proqram çərçivəsində yeni layihələrin həyata keçirilməsi, investisiyaların cəlb olunması və yeni iş yerlərinin yaradılması iqtisadi fəallığın artmasına şərait yarada bilər. Əsas məqsəd isə yalnız yeni obyektlər tikmək deyil, insanların həyat keyfiyyətini yaxşılaşdırmaqdır. Məktəbə gedən uşağın rahat şəraitdə təhsil alması, xəstənin müasir tibb müəssisəsində xidmət göstərməsi, kənd sakininin yaxşı yolla rayon mərkəzinə gedə bilməsi sosial infrastrukturun insanlar üçün real əhəmiyyətini göstərir.

Bu gün Azərbaycanda həyata keçirilən sosial layihələr də məhz insanların gündəlik ehtiyaclarının qarşılanmasına və yaşayış şəraitinin yaxşılaşdırılmasına hesablanıb. İqtisadi inkişafın nəticələrinin bölgələrdə və yaşayış məntəqələrində hiss olunması ölkənin ümumi inkişafının mühüm göstəricilərindən biridir. Sosial infrastrukturun davamlı şəkildə yenilənməsi gələcək üçün də möhkəm baza yaradır. Yeni məktəblər, tibb müəssisələri, yollar və digər obyektlər təkcə bu günün deyil, gələcək nəsillərin də istifadəsinə xidmət edəcək. Bu baxımdan həyata keçirilən layihələr Azərbaycanın sosial və iqtisadi inkişafının paralel şəkildə davam etdirilməsinin mühüm nümunəsidir.

 

Zərdab rayon İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Dayangül Vəliyeva

728×90
Paylaş: