Regionu müzakirə etdilər

Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə görüşüb.
Faktum.az xəbər verir ki, tərəflər Ermənistan-Aİ əməkdaşlıq gündəliyinə dair məsələləri müzakirə ediblər.
Baş nazir Aİ-nin Ermənistanın iqtisadi şaxələndirmə prosesinə və bu məqsədlə qəbul edilmiş qərarlara göstərdiyi dəstəyin əhəmiyyətini vurğulayıb.
Ursula fon der Lyayen bildirib ki, Aİ Ermənistan hökumətinin proqramlarının irəlilədilməsini və müxtəlif sahələrdə əməkdaşlığın inkişafını dəstəkləməyə davam edəcək.
Tərəflər həmçinin regional əhəmiyyətli məsələlərə də toxunublar.
