Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Silahlarını atıb “düşmən” tərəfə keçdilər

02 Noyabr 2026, 10:00 Dünya
728×90

Dünya hərb tarixində Çanaqqala müharibəsi və bu müharibədə yaşanan hadisələr insan zəkasını dalana dirəyir.

Birinci Dünya Müharibəsində Türkiyəyə qarşı cəbhə alan Fransa orduya müstəmləkəsi olan Seneqaldan canlı qüvvə gətirir. Müsəlman olan seneqallıların türklərə qarşı vuruşmayacaqlarını öncədən düşünüb onlara Almaniyaya qarşı vuruşacaqlarını, döndüklərində isə vətəndaşlıq alacaqlarını söylədilər.

Döyüşə getmək istəməyənləri sürgün etdilər. Orduya alınanları gəmiyə doldurub Çanaqqalaya gətirdilər.

Seneqallılar harada olduqlarını bilmədən düşmən deyilən istiqamətə atəş açdılar. Döyüşün qızğın çağında türk cəbhəsindən azan səsi yüksəldi. Seneqaldan gətirilən əsgərlər bir anda donub qaldılar, atəşi dayandırdılar. Fransız komandanlarının əmrlərinə qarşı çıxıb: — Biz müsəlman qardaşlarımıza silah doğrultmarıq! — deyib silahlarını buraxaraq türk mövqelərinə doğru qaçdılar.

Qaçanların bir qismini arxadan güllələdilər.

Ordusunun böyük hissəsini seneqallıların təşkil etdiyi Fransa ordusu artıq müsəlman seneqallıları ram edə bilmirdi.

Fransa vəziyyətin nəzarətdən çıxdığını görüncə növbəti alçaq yalana əl atdı. Onları “sizi evlərimizə qaytarırıq” yalanı ilə gəmiyə yığdılar.

Dənizin ortasında gəmi partladıldı və bütün seneqallılar həlak oldu.

Fransızların alçaq planları bununla da bitmədi. Müsəlman olan seneqallıları xristian məzarlığına dəfn edib qəbirləri üzərində xaç ucaltdılar, üzərində “Fransa uğrunda öldülər” yazdılar.

Bu gün Seneqaldan Türkiyəyə gələn turistlər atalarının məzarlarını ziyarət edir və atalarının qəbirlərinin müsəlman qəbiristanlığına köçürülməsini təmənna edirlər.

Çanaqqala uğrunda gedən müharibə insanda belə bir fikir formalaşdırır: Orada düşmənə qarşı döyüşən türklərə sanki Allah görünməz bir əllə kömək edirdi. Əks halda, belə bir dirəniş və zəfər bəşər övladının fiziki imkanlarının xaricindədir.

Tərifə Şükürqızı

728×90
Paylaş: