Sığorta şirkəti avtomobilə dəymiş zərəri az hesablayırsa, nə etməli?

Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinizə ciddi zərər dəyib. Təmir üçün 4.000 manat tələb olunur, amma sığorta şirkəti cəmi 1.000 manat ödəməyi təklif edir.
Bəs vətəndaş bu məbləğlə razılaşmağa məcburdurmu?
Xeyr!
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən, zərərin məbləği barədə tərəflər arasında razılıq əldə edilmədikdə, müstəqil ekspert vasitəsilə qiymətləndirmə aparılması nəzərdə tutulur.
Bu halda vətəndaş:
1. Sığorta şirkətindən qiymətləndirmənin əsaslandırılmasını tələb edə bilər.
2. Qanunvericiliyə uyğun müstəqil ekspert qiymətləndirməsi aparılması məsələsini qaldıra bilər.
3. Sığorta şirkətinə yazılı etiraz təqdim edə bilər.
4. Azərbaycan Mərkəzi Bankına şikayət edə və hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər.
Nəzərə alınmalıdır ki, avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta limiti 5.000 manatdır.
Unutmayın: Sığorta şirkətinin hesabladığı məbləğlə razılaşmamaq sizin hüququnuzdur. Lakin əlavə ödəniş tələbi sübutlarla əsaslandırılmalıdır.
Hüquqşünas | Mediator Zaur Quliyev
